loading...
loading...

"Özüm qazanıb, özüm xərcləyirəmsə, kişini nə edirəm?" - Aparıcı Mətanət

Teleaparıcı Mətanət Əliverdiyeva övladlarından danışıb.

 Film təqdimatına qatılan aparıcı jurnalistlərin suallarına cavab verib. Övladlarından bəhs edən Əliverdiyeva onlarla dost olduğunu deyib:

"Övladlarımla hər şeyi bölüşürəm. Biz dostuq. Hər münasibətdə sevgi çox vacibdir. Sevgi öləndə həyat ölür. Heç vaxt övladlarımın sevdiyi şəxsə qarışmaram. Kimi sevsə, onunla evləndirəcəyəm. Gəlini bəyənməsəm də, etiraz etmərəm. Onu özüm üçün deyil, oğluma alıram. Bəzən analarla qızları arasında problem olur, qız evdən gedir. O hadisədə günahkar anadır. Qızı ilə vaxtında doğru münasibət qursa, onunla dost olsa, qız üz çevirməz".

- Qadın-kişi münasibətləri barədə hər zaman fərqli fikirlər səsləndirmisiniz. Necə düşünürsünüz, kişilər hansı qadına xəyanət etmir?

- Özündən çox ağıllı olan, çox pul qazanan qadına xəyanət etmir. Çünki o qadının hökmü olur, iradəsi güclü olur. Kişilər ağıllı qadından çəkinir. Kişi görür ki, qadın onun dediyinin qarşısında 5 söz deyir. Ağıllı cavablar verir, məntiqli addımlar atır. Kişi düşünür ki, o qadın dəhşətlidir, onunla yola gedə bilməzlər. Kişilər güclü deyil. Onlar zəif məxluqdur. Söhbət fiziki gücdən getmir. Qadının zehni kimi güclü həyatda heç nə yoxdur.

- Bəs qadınlar hansı kişilərdən ayrılmır?

- Qadın diqqəti, sevgini sevir. İstəyirlər ki, onlara yaxşı baxsınlar. Düşünürlər ki, mən yaxşı qazanıramsa, kişi də qazanmalıdır. Niyə özüm qazanıb, niyə özüm xərcləməliyəm? O da mənim üçün xərcləsin. Həyata real baxaq. Mən də istəyirəm ki, həyatımdakı kişi yaxşı qazansın, mənə yaxşı baxsın. Özüm qazanıb, özüm xərcləyirəmsə, kişini nə edirəm?

- Siz necə kişiləri bəyənirsiniz?

- Maddiyyatı kənara qoyuram. Kişi psixoloji cəhətdən məndən 10 qat yüksək güclü olmalıdır. Məni qorumağı bacarmalıdır. Mən güclü qadınam . O da çox güclü olmalıdır ki, mən onun gücünü hiss edim. Hər qadının psixologiyasının pozulduğu küncə qapandığı vaxtlar olur. Mənim də ağladığım zamanlar olur. Həyatımdakı boşluğu hiss edirəm. O zaman güclü insan axtarıram.

- Son illərdir ki, xarici görünüşünüz heç dəyişməyib. Özünüzə necə qulluq edirsiniz?

- Mən heç vaxt su içmirdim. Mənə dedilər ki, günə 3 litr su iç. Dedim ki, başınız xarabdır? O qədər suyu necə içim? Amma son 2-3 ildir ki, su içirəm. Qidalanmağıma diqqət edirəm. Hər şeydən az-az yeyirəm. Ekranda olan xanımam, formada olmalıyam. Ona görə diqqətli yanaşıram özümə. İmicimi də dəyişmirəm, deyirlər ki, belə yaraşır. Lap yaşlananda, nənə olanda dəyişəcəyəm.Big.az
loading...

Xəbər lenti