loading...
loading...

Yayın istirahət qiymətləri: Tiflis 341, Quba 3200 AZN

Yayın istirahət qiymətləri: Tiflis 341, Quba 3200 AZN
İlin 11 ayını ofisin divarları arasında keçirən şəxslər yayın gəlişini səbirsizliklə gözləyir. 1 ay, 1 həftə, hətta 3 günü də qənimət bilib, 1 ilin yorğunluğunu canından çıxarmaq üçün istirahətə getmək istəyən insanlar var. 

Sizə bu isti yay günlərində ən çox təklif olunan istirahət növləri, tur paketləri və onların qiymətləri barədə məlumat verəcəyik. Buyurun, keçin, dincəlin!

Əgər, düşünürsünüz ki, dincəlmək üçün elə ən gözəl ölkə öz yurdumuzdur və xarici ölkələrə getməyə gərək yoxdur, o zaman gəlin ölkədaxilində harada və neçiyə dincəlmək olar birgə tanış olaq.

Əgər, siz özünüzü oliqarx kimi hiss etmək istəyirsinizsə və yaxşı pulunuz varsa, o zaman 3200 Azn ödəyib Qubaya 3 nəfərlik tur paket ala bilərsiniz. 

3200 Azn ödəməklə siz 5 gün "Hummer H2” (limuzin)-də gəzəcək, gündə altı dəfə qidalanıb, beş ulduzlu hoteldə gecələyəcəksiniz (VIP). Bundan başqa qiymətə qolf oyunu, tennis və futbol meydançalarından istifadə, SPA (cakuzi, hovuz, sauna, masaj), boulinq və atıcılıq daxildir. 

Bu qiymət sizi qorxutmasın. Ölkədaxili cibinizə uyğun turlar tapmaq da olar. Siz adambaşına 20 Azn-dən başlayan qiymətlərlə bir günlük turlardan yararlana bilərsiniz. Bu qiymətə daxil edilir: Komfortlu Nəqliyyat, Səhər yeməyi, Çay Fasiləsi, Tur Rəhbəri, Fotosessiya (şəkillər DVD diskdə PULSUZ verilir), Yol boyu Əyləncəli Oyunlar (mafia, məntiqi suallar və.s). BAKU.WS
 

loading...

Xəbər lenti