loading...

Xəstə olduğunu bilən gənc məktəblini də İİV-ə yoluxdurdu

Xəstə olduğunu bilən gənc məktəblini də İİV-ə yoluxdurdu
21 yaşlı gənc İİV-ə (insanda immunçatışmazlığı virusu) yoluxduğunu bildiyi halda, 16 yaşlı məktəbli ilə cinsi münasibətdə olub. Nəticədə, məktəbli də immunçatışmazlığı virusuna yoluxub.
Hadisə Rusiyanın Saxalin əyalətində qeydə alınıb.
Bildirilir ki, oğlan xəstə olduğu barədə qıza heç nə deməyib.
Bununla əlaqədar olaraq qızın valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə, gənc saxlanılıb, ona qarşı cinayət işi qaldırılıb.
Məhkəmə zamanı gənc "İİV-ə yoluxdurma" maddəsi ilə təqsirli bilinib və iki il müddətinə azadlıqdan məhrum olunub.Sonxeber.az

Xəbər lenti