loading...
loading...

Xalq artistlərini işdən çıxardılar - QALMAQAL

Xalq artistlərini işdən çıxardılar - QALMAQAL

"Doğma teatrımızın 90 illiyində bizə hədiyyəsi budurmu?”

"Gənc Tamaşaçılar Teatrının yaşlı aktyorları işdən çıxarılır”.

Bu barədə  teatrın aktyoru, xalq artisti Yasin Qarayev məlumat verib.

O, bildirib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni təyin olunan direktoru Naidə İsmayılzadə bu barədə göstəriş verib: "Artıq xalq artistləri Ağaxan Salmanlının, Lətifə Əliyevanın, Əməkdar artistlər Atabala Səfərovin, Rahib Əliyev və başqalarının ərizələri alınıb. Yalnız mənimlə Xalq artisi Tariyel Qasımov etiraz edib işdən çıxmaq ərizəsinə qol çəkməmişik. ”

Xalq artisti bildirib ki, işdən çıxmaq səbəbi kimi yaş senzi göstərilib: "Bizə deyirlər ki, gəl, öz xahişinlə işdən çıxmağınla bağlı ərizə yaz. Mən də deyirəm ki, işdən çıxarırsınıza, onda ərizəmizdə qeyd edin ki, yaşı 70-i keçib, ona görə çıxarırıq. Bunu da yazmırlar. Guya Əmək Məcəlləsində belə bir maddə var ki, 65 yaşdan sonra işləmək olmaz. Axı biz fabrik-zavodda fəaliyyət göstərmirik, incəsənət sahəsində çalışırıq. Bizim oynadığımız tamaşalar var, onlar necə olacaq? Teatrda yaşlı nənə-baba rollarını kim oynayacaq? Guya biz Rusiya teatrlarından, Stanislavski məktəbindən nümunə götürür, onların yolu ilə işləyirik. Axı onlarda Etuş, Yuriski, Zaxarov, Şirvind və.s kimi 80-90-95 yaşlı teatr və kino xadimləri teatrdan çıxarılmır, qalıb işləyir, maaş alırlar? Bizim doğma teatrımızın 90 illiyində bizə hədiyyəsi budurmu?”

Yasin Qarayev məsələ ilə bağlı əlaqədar qurumlara məktub yazdıqlarını da bildirib: "Ümid edirik ki, problemimiz qısa müddətdə aradan qaldırılacaq.”

P.S. Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

AzNews.az

loading...

Xəbər lenti