loading...
loading...

“WhatsApp”da Fondun adından yayılan mesajları açmayın! – Xəbərdarlıq

“WhatsApp”da Fondun adından yayılan mesajları açmayın! – Xəbərdarlıq
WhatsApp”da Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə bağlı gələn mesajlar spamdır.
Kokteyl.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.
"Whatsapp-da yayılan spam mesajını açmayın”,-deyə F.Talıbov bildirib.
Qeyd edək ki, ötən gün axşam saatlarında "WhatsApp” sosial şəbəkəsində” 1990-cı ildən 2018-ci ilə qədər işləyən işçilər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüquqüna malikdirlər. Adınızın bu müavinəti almaq haqqı olan şəxslərin siyahısında olub-olmadığını yoxlayın” mesajı yayılıb və link əlavə edilib.

Linkə daxil olan şəxlərin telefonuna virus proqramı yayılır və telefonun ana menyusunda bir sıra proqramlara zərər verir.
loading...

Xəbər lenti