loading...

Ukraynalı müğənninin hərəkəti izləyiciləri qəzəbləndirdi

Ukraynalı müğənninin hərəkəti izləyiciləri qəzəbləndirdi
Ukraynanın qalmaqallı müğənnisi Maruv (Anna Korsun) təbrik paylaşımı ilə sosial şəbəkə izləyicilərini qəzəbləndirib.
Ifaçı sosial media hesabında kişiləri 23 fevral günü münasibəti ilə təbrik edib. 
"Bayramlar az olmur, elə məhz buna görə bayramınız mübarək, əziz kişilər”, - deyə Maruv yazıb.
Müğənninin bu təbriki başına bəla olub. İzləyicilər onun paylaşımını birmənalı qarşılamayıb, başına qaxınc ediblər. Belə ki, Ukraynada 23 fevralı qeyd etmək qadağan olunub. Ölkədə "Ukraynanın Müdafiəçisi Günü" qeyd olunur.
İzləyicilərin qınağı ilə üzləşən Maruv "Atam və babam orduda xidmət edib. İstəyirəm, təbrik edirəm!”, - yazaraq yanan ocağı daha da alovlandırıb.Oxu.az
 

Xəbər lenti