loading...
loading...

Türkiyədə 4 nəfərlik ailə ölü tapıldı: Atanın İNTİHAR məktubu tapıldı, intihar səbəbi qanları dondurdu

Türkiyədə 4 nəfərlik ailə ölü tapıldı: Atanın İNTİHAR məktubu tapıldı, intihar səbəbi qanları dondurdu
Antaliyada bir ailənin 4 üzvü sianiddən zəhərlənərək ölüb.
Cəsədlər polis tərəfindən aşkar edildikdən sonra bütün bina təhlükəsilik baxımından təxliyə edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, bundan öncə oxşar hadisə İstanbulda qeydə alınmışdı. Bir ailənin 4 üzvü mənzildə intihar etmiş qapının üzərinə isə "Daxil olmayın" Polisə zəng edin, mənzildə sianid var".
Eyni zamanda "Qafqazinfo" xəbər verir ki, Ailənin 4 üzvünün kimliyi açıqlanıb. Mənzildəki cəsədlərin 36 yaşlı Səlim Şimşək, onun həyat yoldaşı 38 yaşlı Sultan Şimşək, övladları - 9 yaşlı Cerən Şimşək və 5 yaşlı Ali Çinar Şimşəkə aid olduğu təsdiqlənib.
Hadisə yerinə gələn tibb işçiləri ailənin sianid adlı zəhərli maddəni içərək öldüklərindən şübhələnirlər.
Polis əməkdaşları xüsusi geyimlərlə binanı və ətraf bölgəni yoxlamağa başlayıb. Həmin binada zəhərli maddənin olub- olmadığını müəyyənləşdirmək üçün Afyonkarahisar Kimyəvi Bioloji Radioloji Nüvə Təhdidləri bölməsinin əməkdaşları hadisə yerinə dəvət ediliblər.

Ailə başçısı Səlim Şimşəyin evdə intihar məktubu tapılıb. Şimşeyin məktubunda maddi problem yaşadığını və doqquz aydır işləmədiyini yazıb. O, "Hər kəsdən üzr istəyirəm, 9 aydır heç bir işim yoxdur. Həyatımıza son veririk". Məktub ürəkləri dağladı.
loading...

Xəbər lenti