loading...
loading...

Sürücülük vəsiqəsinə elektron çip yerləşdiriləcək

Sürücülük vəsiqəsinə elektron çip yerləşdiriləcək
Nazirlər Kabineti "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" qərar verib.
Azvision.az -ın məlumatına görə, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürüləcək.
loading...

Xəbər lenti