loading...
loading...

SON DƏQİQƏ:Bakıda ticarət mərkəzində yanğın baş verib, 4 nəfər...VİDEO

SON DƏQİQƏ:Bakıda ticarət mərkəzində  yanğın baş verib, 4 nəfər...VİDEO

Binə Ticarət Mərkəzində baş vermiş yanğında 4 nəfər xəsarət alıb. Onlardan 3 nəfərə yerində, birinə isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində tibbi yardım göstərilib.

Binədə bazar ertəsindən çərşənbə axşamı gününə keçən gecə baş vermiş yanğın təxminən 3 saat davam edib.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, yanğınla mübarizəyə 200-dən çox canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin arasında Xüsusi Riskli Xilasetmə qüvvələri və Mülki Müdafiə qoşunlarının hərbçiləri də olub.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən BBC News Azərbaycancaya bildiriblər ki, tüstüdən zərərçəkmiş şəxs artıq evə buraxılıb.

"Bizə bir nəfər kişi müraciət etmişdi. Lazımi tibbi yardım göstərdik. Təxminən bir saat yatdı, daha sonra vəziyyəti yaxşı olduğu üçün buraxdıq evə".

Yanğının səbəbləri barədə məlumat yoxdur.

 


loading...

Xəbər lenti