loading...
loading...

SON DƏQİQƏ:Azərbaycan mədəniyyətinə AĞIR İTKİ ÜZ VERDİ - Görkəmli sənətkar VƏFAT ETDİ

SON DƏQİQƏ:Azərbaycan mədəniyyətinə AĞIR İTKİ ÜZ VERDİ - Görkəmli sənətkar VƏFAT ETDİ
Görkəmli kinematoqrafçı, səs rejissoru, Rusiya Dövlət mükafatı laureatı, Nika və Berlin festivallarının qalibi, professor Ələkbər Həsənzadə vəfat edib. Bu barədə 101.az-a Ələkbər Həsənzadənin yaxın dostu Tahir Tahiroviç məlumat verib. O, qeyd edib ki, mərhum ürək çatışmazlığından əziyyət çəkirmiş. Bu gün saat 3-də mərhumun nəşi vətənə gətirələcək və Qurd qapısı qəbirstanlığında dəfn ediləcəkdir. 

Qeyd edək ki, Ələkbər Əliheydər oğlu Həsənzadə "Lenfilm" kinostudiyasının səs rejissoru, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, Nika mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademiki olub. 

O,səs rejissoru kimi "Azərbaycanfilm"də ilk işi Arif Babayevin çəkdiyi "İnsan məskən salır" filmində olub. Həmçinin, Ələkbər Həsənzadə "Səmt küləyi", "Ən vacib müsahibə" və başqa filmlərə də səs rejissorluğu edib. O, 1973-cü ildə Rusiya Kinematoqrafiya Komitəsindən təklif aldı və "Lenfilm"də çalışmağa başlayıb. Bu studiyanın istehsalı olan bir sıra ekran əsərlərinin səs rejissoru olub.

Ələkbər Həsənzadənin "İtaliyalı” adlı son işi Berlin kinofestivalında əsas mükafata layiq görülüb. "Lennauçfilm” kinostudiyasının yüksək dərəcəli səs rejissoru olan Ələkbər Həsənzadə 2000-ci ildə Rusiyanın "Nika” mükafatını alan ilk azərbaycanlı kino ustası idi.

Ələkbər Həsənzadə 2019-cu il iyulun 1-də Rusiya Federasiyanın Sankt-Peterburq şəhərində vəfat edib.

Allah rəhmət eləsin!
loading...

Xəbər lenti