"Sevgilimə mənimlə cinsi əlaqəyə girməsi üçün yalvarıram, çünki..." - Bir qadının fəryadı

Sevgilisi ilə cinsi əlaqə qurmaq istəyən qadın sevgilisi tərəfindən rədd edilib.
BBC-nin "Living Differently” adlı sənədli filmində maraqlı bir hekayə müzakirə olunub. Daim genital xəbərdar etmə qüsurundan əzab çəkən 23 yaşındakı Amanda Mclaughlinin xeyli çətin həyatı sənədli filmə mövzu olub. Amerikalı gənc qız sevgilisinə onunla birlikdə olması üçün yalvarmağından danışıb.
İngiltərənin Metro qəzetinin xəbərinə görə, Amanda nişanlısı Jojo ilə birlikdə olmayanda ayaqlarında və pelvis regionunda narahatlıq hiss edir.
Daim orqazm olacaqmış hissi yaşayan Mclaughlin söyləyib ki, sekslə məşğul olanda problemin həll ediləcəyini düşünürəm, amma olmur. Amanda ağlayaraq sevgilisinə onunla birlikdə olması üçün yalvarıb.
Bir şeylərin səhv getdiyini 13 yaşında başa düşdüyünü, lakin diaqnozun 19 yaşında qoyulduğunu söyləyən amerikalı gənc qız simptomlarla mübarizə aparmaq üçün 30 fərqli müalicə alıb və pelvis bölgəsinə buzla soyuq kompres edib.
Amandanın anası Viktoriya isə qızının cinsi olaraq fəal olduğunu və çox cinsi əlqəyə girdiyinə görə onun fahişə olduğunu düşünüb.
ABŞ-dakı Miçiqan Universitetindən fəlsəfə doktoru Priyanka Gunta Amandanın narahatlığına çarə tapmağa ümid edir, lakin vəziyyəti çox nadir görüldüyü üçün də işinin çətin olduğunu etiraf edib.

Xəbər lenti