loading...
loading...

"Sərvan qollarımda şəhid oldu" - Şəhid Sərvan Mehrəliyevin qardaşı

Allahın ən çox sevdiyi bəndələr, xalqın qürur mənbəyi olan şəhidlərdir.

Çünki şəhidlər uca Yaradanın, vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır.

Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, vətənə və millətə sevgisi olduğu üçün sonda şəhidlik zirvəsinə ucalır.

Bayraq dalğalansın, millət yaşasın deyə onlar canlarından keçirlər.

Şəhidlərin həyatını araşdırdıqda isə valideynlərin, qohumların, təhsil aldığı müəssisələrin, xülasə tanıyanların dilindən onların yüksək kefiyyətlərə malik bir insan olduğunu eşidirik.

Bu gün isə haqqında danışacağım, Azərbaycan tarixinə "şanlı hərbi qələbə” kimi yazılan Lələtəpə uğrunda gedən döyüşlərinin ilk şəhidi Sərvan Mehrəliyevdir. Şücaətli, vətənpərvər və qeyrətli böyüyən bu cür vətən oğulları üçün ilk minnətdarlığımız onların müqəddəs anaları olmalıdır. Elə ona görə də, yaxşı olar ki, Qəhrəmanımız haqqında ilk olaraq Xatirə xanım, övladınız Sərvan haqqında nə deyə bilərsiniz? Sərvanı digər şəhidlərdən fərqləndirən bir səbəb vardı. O da onun ən azı Vətən qədər sevdiyi, söhbətindən doymadığı, hətta nəfəsi belə onsuz çətin aldığı deyilən qardaşı Namiqlə eyni hərbi hissədə xidmət etməsi idi. Məhz ayrı qala bilməyəcəyini bildiyi üçün qardaşı ilə bərabər vətənə xidmət etmək istəyib. Sərvanın arzusu çətinliklə də olsa reallaşıb və onlar əl-ələ, çiyin-çiyinə cəbhə xətdində vətən və millət keşiyində dayanıblar. Sən saydığını say, gör fələk nə sayır deyimi yadıma düşdü. İki qardaşın hərbidəki bərabərliyi cəmi 9 ay sürür. Aprel döyüşləri zamanı qəhrəmacasına döyüşən iki qardaşlardan Sərvan başından ağır, Namiq isə yüngül yaralanırlar. Bir neçə dəqiqə sonra Qəhrəmanım elə canından çox sevdiyi qardaşının qollarında gözlərini əbədi yumur. Onun son sözləri isə rükləri parçalayır. Mehrəliyev Sərvan Mehrəliyev PirAllahı rayonunun 186 saylı orta mətəbinin məzunu olub. Onun necə vətənpərvər oğul olduğunu hələ müəllimləri məktəb dövrlərindən sezmişdi. Sərvanın müsbət xüsusiyyətlərindən biri də onun qohumcanlılığı olub. Sərvan adı çəkildikdə bütün qohumların xəyalında yalnız mehriban, güləriz ağıllı Sərvan canlanır. Bu sözləri şəhidin xalası qızı Solmaz xanım deyir Şəhidimizin evində çəkiliş edəcəyimizi eşidən onun sinif yoldaşları və yaxın dostları da gəlmişdi. Sərvanın yoxluğuna inana bilmədiklərini deyən dostları Sərvan kimi dostlarının olduğu ilə həm qürur duyur həm də üzülürlər. Onun yaşından çox bildiyini. Ağıllı. Vətənpərvər və dostluğa layiq insan olduğunu bildirirlər. Dostları deyir sərvan bizdən kiçik olsa da bizə böyük tovsiyələr edirdi. (hedef14)

 



loading...

Xəbər lenti