loading...

Saxta kürk geyinən Dilarə Kazımova: "Bahalı geyimlər geyinirəm"

Saxta kürk geyinən Dilarə Kazımova:
"Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova  suallarımiza cavab verib.

Dəfələrlə filmlərdə rol alan müğənni "yenidən filmlərə çəkilmək istərdinizmi?" sualına belə cavab verib:

"Əlbəttə, istərdim. Məni qane edəcək bir film olsa, niyə də çəkilməyim? Filmdə diqqət etdiyim əsas məsələ hansı aktyorların rol almasıdır. Ən əsası da filmin keyfiyyətidir".

Cəsarətli fotoları ilə izləyicilərin diqqətində olan Kazımova çox hallarda təhqirlərə də məruz qalır. Müğənni buna münasibətini bildirərək, hər şeyin görüləcək layihələrə görə planlandığını deyib: "Nəyinsə üzərində işləyərkən biz məqsəd qoymuruq ki, fotolarda mütləq açıq-saçıq geyimlərdə olmalıyam. Bizə maraqlıdır ki, biz nə istəyirik? Görəcəyimiz işin ümumi forması və keyfiyyəti necə olacaq? Bundan sonra biz artıq o istəyə uyğun hərəkət edirik. Lazım olanda qapalı, ya da əksinə, açıq geyimdə oluram. Geyim uzun, qısa ya da necə olursa, olsun. Əgər mənə yaraşırsa, onu geyinirəm" " Ümumiyyətlə, bu barədə çox danışmıram. Geyimlərimin qiymətini deməyi sevmirəm. Düzdür, çox bahalı əşyaları və geyimləri sevirəm və alıram. Mağazaya girəndə də ən bahalı və gözəl olanı seçirəm. Mənim üçün geyimdə ən vacib olan və çox pul xərclədiyim ayaqqabılar, çantalar və saatlardır. Lakin əynimdə gördüyünüz bu kürk təbii kürk deyil. Çünki heyvanları sevirəm və onlara qıymaq olmaz. Mən bunu bütün xanımlara da tövsiyyə edirəm. Çalışın ki, təbii xəz almayasınız". Yenidən ailə qurmaq barədə düşünən Dilarə Kazımova sevəcəyi insana rast gəlmədiyini də qeyd edib:

"Hər bir normal qadın kimi mən də ailə qurmaq istərəm. Lakin hələ sevə biləcəyim bir insana rast gəlməmişəm. Elə biri olsa, biz evlənəcəyik".

Qeyd edək ki, müğənni Mərt Aslan adlı türkiyəli iş adamı ilə evli olub.Big.az
 


Xəbər lenti