loading...
loading...

Savaş hazırlığı və SON TOQQUŞMA, üç SSENARİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Savaş hazırlığı və SON TOQQUŞMA, üç SSENARİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Ermənistanın Müdafiə Nazirliyində döyüş növbəsinin təşkilində keyfiyyətin artırılmasına həsr olunmuş müşavirə keçirilib. Erməni politoloq Qarabağda yeni müharibənin başlayacağı barədə proqnoz verib. Monteneqro 2017-ci il iyunun əvvəlində NATO-nun 29-cu üzvü olacaq. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlı bölmələri Krımda təlimlərin birinci mərhələsinə başlayıb. ABŞ Bağdada ölkədə çevrilişin hazırlandığı barədə xəbərdarlıq edib.
Dünən Ermənistanın Müdafiə Nazirliyində ordu intizamının möhkəmləndirilməsi və döyüş növbəsinin təşkilində keyfiyyətin artırılmasına həsr olunmuş müşavirə keçirilib. Müşavirə yeni təyin olunmuş Baş qərargah rəisi Movses Akopyanın rəhbərliyi ilə baş tutub.
Ermənistan mediası bu müşavirə ilə bağlı üç versiyanı gündəmə gətirib:
 
Ermənistan böyük müharibə hazırlığına başladı: Akopyan 3 hədəf üçün HƏRƏKƏTƏ KEÇDİ
"Dağlıq Qarabağla bağlı danışıqlar masasında "Madrid prinsipləri” var. Başqa sənəd yoxdur”. Bu barədə erməni politoloq Ara Papyan Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlar masasında əsas şərtin "Dağlıq Qarabağın müstəqilliyi” ilə bağlı olduğu haqda fikirlərini şərh edərkən deyib.
Erməni politoloq qeyd edib ki, Azərbaycanın buna razılaşacağını düşünmək ağılsızlıqdır.
A.Papyan Qarabağda yeni müharibənin başlayacağı proqnozunu verib.
"Bu, "dördgünlük müharibə” kimi olmasa da, ciddi toqquşma baş verəcək. Gərginlik sabah, yaxud bir müddət sonra ola bilər. Lakin buna hazırlığın getdiyi ortadadır”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan ordusunun müharibəyə hazırlaşdığına dair informasiyalar yayılıb. Ehtimallar var ki, düşmən cəbhədə yeni təxribatlara əl ata bilər.
"Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ siyasəti ölkəni sonu görünməyən macəraya sürükləyir”. Bu barədə erməni jurnalist Sarqis Artsruni yazıb.
Erməni jurnalist qeyd edib ki, ümumiyyətlə Ermənistan hakimiyyəti Qarabağ məsələsində konseptual yanaşmaya malik deyil: "Hakimiyyət bu məsələdə əsasən şəraiti və ani maraqları rəhbər tutur. Parlament seçkilərində seçkiqabağı kampaniyada da Dağlıq Qarabağ məsələsi ani maraq olaraq istifadə olundu. Birinci prezidenti Levon Tert-Petrosyan ərazilərin qaytarılmasından danışdı, hakimiyyət onu "xəyanət”də ittiham edir. Bizim siyasi fikrimizin faciəsi ondan ibarətdir ki, Qarabağ problemində Levon Ter-Petrosyanın konsepsiyası yeganə proqram olaraq qalır, buna heç bir alternativ yoxdur, yaxud da ortaya qoyulmayıb. Siyasi güclərin əksəriyyəti üçün Qarabağ problemi şüarlar səviyyəsində qalıb”.
S.Artsruni əlavə edib ki, Serj Sarkisyanın Qarabağ siyasəti ziqzaqa oxşayır.
 
Sarkisyanın gizli Qarabağ HƏDƏFİ ORTAYA ÇIXDI – Düşmənin sonu olacaq TOQQUŞMA
Türkiyədəki ermənilərin Qriqorian kilsəsinin patriarxının baş vəkili, arxiyepiskop Aram Ateşyan istefa verib. "Agos” qəzetinin məlumatına görə, Türkiyə erməniləri uzun müddətdən bəri özləri üçün patriarx seçməyə çalışıb:
"Ancaq Türkiyədəki ermənilər müxtəlif səbəblərdən patriarx seçə bilməyib. Bunun üçün ilk növbədə Aram Ateşyan istefa verməli idi. O, nəhayət bu gün istefa verməyə qərar verib”.
Aram Ateşyanın istefa verməsi barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.
"Vaşinqton Post” qəzeti ABŞ prezidenti Donald Trampın filippinli həmkarı Rodriqo Duterte ilə telefon söhbətinin təfərrüatını yazıb. Aprelin 29-da olan telefon söhbətinin əsas müzakirə mövzusu Koreya Xalq Demokratik Respublikasının ətrafında vəziyyət olub.
Qəzet yazır ki, Tramp Pxenyanın raket sınaqlarının müvəffəqiyyətsizliyini müsbət qiymətləndirib. Sınaqlar telefon söhbətinə az qalmış həyata keçirilmişdi.
 
"Kim Çen In öz oyuncaqları ilə oynayır” – Trampın telefon söhbətinin DETALLARI
Suriya, Ukrayna və Koreya yarımadası Rusiya üçün strateji cəhətdən vacib ərazilərdir. Bunu Federasiya Şurasında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.
Qeyd edək ki, son günlər hər üç istiqamətdə vəziyyət gərginləşib. Ukraynada mövqeləri zəifləyən Moskva Suriyada öz mövcudluğunu qorumaqdan ötrü Prezident Bəşər Əsədə tam dəstək verir.
Moskva həmçinin ABŞ-ın Şimali Koreyaya hücumuna maneə yaradır.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlı bölmələri Krımda təlimlərin birinci mərhələsinə başlayıb. Xüsusi təyinatlılar "Krım-2” neft-qazma qurğusu və "Fyodor Uryupin” yedək gəmisini tutmuş xarici hərbçilərin zərərsizləşdirilməsi üzrə hərəkətləri yerinə yetirməlidir.
Təlimlərin ssenarisinə əsasən, FTX-nin əməkdaşları həmçinin 150 girovu azad etməlidir. Təlimlərə döyüş üzgüçüləri qrupları, xüsusi desant katerləri və paraşütçülər cəlb edilib.
Mayın 29-da qədər davam edəcək təlimlər Ukrayna sərhədinə yaxınlıqda, Rusiya ərazi sularında keçiriləcək. Təlimlərdə təxminən iki min nəfər iştirak edəcək.
Mart ayında Rusiyanın Müdafiə Nazirliyindən bildirilib ki, Qara dənizdə olan ABŞ hərbi gəmiləri Rusiya üçün potensial təhdiddir. Qeyd edilib ki, gəmilərdə hansı növ raketlərin olduğu məlum deyil.
 
Rusiya kəşfiyyatı hərəkətə keçdi: Regionda SAVAŞ HAZIRLIĞI
Monteneqro 2017-ci il iyunun əvvəlində NATO-nun 29-cu üzvü olacaq. Bu haqda Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"Monteneqronun baş naziri sabah bizə qoşulacaq (NATO sammiti –red.). İttifaqın 28 ölkəsinin parlamentləri artıq Monteneqronun NATO-ya girişini təsdiqləyib. Biz gözləyirik ki, ölkə iyunun başlanğıcında 29-cu müttəfiq olacaq”, - Stoltenberq deyib.
O vurğulayıb ki, bu, Monteneqro, həmçinin Qərbi Balkanın sabitliyi və təhlükəsizliyi üçün müsbət addım olacaq.
Xatırladaq ki, Monteneqro parlamenti aprel ayında ölkənin NATO-ya girişinə səs verib.
Moskva Monteneqronun NATO-ya üzvlüyünə sərt şəkildə qarşı çıxıb.
Yens Stoltenberq həmçinin deyib ki, NATO-nun Brüssel sammitində Alyansın Suriyada Amerikanın rəhbərlik etdiyi koalisiyaya qoşulması imkanları müzakirə ediləcək. Qeyd edək ki, NATO-nun Brüssel sammiti mayın 25-də keçiriləcək.
İngiltərənin Mançester şəhərində terror aktını törətməkdə şübhəli bilinən 22 yaşlı Salman Abedi "Əl-Qaidə” terror qruplaşması ilə bağlıdır və mümkündür ki, hazırlığı xaricdə keçib. Bu haqda Amerika kəşfiyyatındakı mənbəyə istinadən NBC telekanalı bildirib.
Kanalın məlumatına görə, Salman Abedi son 12 ay ərzində bir neçə ölkədə, həmçinin Liviyada - ailəsinin yanında olub. Mənbənin sölərinə görə, onun qohumları daha əvvəl Britaniya hüquq-mühafizə orqanlarına Abedinin təhlükəli olduğu barədə müraciət ediblər.
 
Qohumları xəbərdar etmişdi: "O, terror aktı törədəcək! – ŞOK İDDİA
İŞİD terror təşkilatının "müdafiə naziri” Əbu Musab əl-Masri öldürülüb. Bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb. Terrorçunun Hələbin şərqində öldürüldüyü bildirilib.
Böyük Britaniyanın daxili işlər naziri Amber Radd da jurnalistlərinə açıqlamasında Salman Abedinin yaxın vaxtlarda Liviyada olduğunu təsdiqləyib. "Mənim məlumatıma görə, o həqiqətən də yaxın vaxtlarda Liviyadan qayıtdı”, - Radd bildirib.
O həmçinin təsdiq edib ki, Abedi Britaniya xüsusi xidmət orqanlarına məlum idi.
İraqda kürdlərin müstəqilliyi qaçılmazdır. Bunu Konqresdə çıxışı zamanı ABŞ Kəşfiyyat Təşkilatının rəhbəri general Vinsent Stüart söyləyib.
"İŞİD Mosulda məğlub olduqdan sonra İraq hökuməti üçün ən böyük təhdid hökumətdəki şiələrlə ölkənin qərbindəki sünnilər və kürdlər arasında fikir ayrılığını necə ortadan qaldırmaq olacaq. Hökumət üçün digər təhdid isə Kərkükdəki neft yataqlarına sahiblik məsələsidir. Hazırda əsas məsələ kürdlərin müstəqil dövlət yaratması yox, bunun nə qədər erkən olacağıdır”, – deyə o bildirib.
İraqın keçmiş baş naziri Nuri əl-Maliki İranın yardımı ilə ölkədə hərbi çevriliş hazırlayır. Keçmiş nazirin hərbi çevrilişə cəhd edəcəyini söyləyən şəxs isə ABŞ prezidentinin müşaviri Cared Kuşner olub. O, İraqın Daxili İşlər və Müdafiə Nazirliyində çalışan 785 əsgərin vəzifədən uzaqlaşdırılmasını tələb edib.
Rəsmi Vaşinqton Bağdada çevriliş olacağı təqdirdə İranın bölgədə nüfuz dairəsini artıracağını söyləyib.
loading...

Xəbər lenti