ŞAD xəbər:Əmək pensiyasının minimum məbləği ARTIRILDI

ŞAD xəbər:Əmək pensiyasının minimum məbləği ARTIRILDI

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən 6-1-ci maddədə "1 mart tarixindən 160 manat” sözləri "1 oktyabr tarixindən 200 manat” sözləri ilə əvəz edilir.

29.1-ci maddədə "və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılır;

Aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilir:

"29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.

Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.

Xəbər lenti