loading...
loading...

Şad xəbər: SSRİ-DƏ DOĞULAN HƏR KƏSƏ RUSİYA VƏTƏNDAŞLIĞI VERİLƏCƏK

Şad xəbər: SSRİ-DƏ DOĞULAN HƏR KƏSƏ RUSİYA VƏTƏNDAŞLIĞI VERİLƏCƏK
Rusiya Federasiyası bəyanat verdi: "Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər"

"İndi SSRİ-də doğulmuş bütün insanlara Rusiya vətəndaşlığı əldə etmək üçün gözəl bir fürsət yaranıb. Xarici vətəndaşlıqdan imtina edilməsi üçün sonsuz sayda sənəd toplamaq lazım deyil". Bu məlumat "Komsomolskaya Pravda" qəzetində nəşr olunub.
Mənbədə qeyd olunur ki, bu layihə Dövlət Dumasının Milli İşlər Komitəsi tərəfindən təsdiqlənmişdir. Layihə Rusya vətəndaşlığın əldə etmək prosesini, xüsusən də rus dilində danışanlar üçün asanlaşdırır. Təsdiq olunmuş qanun layihəsinə əsasən, mövcud qanunvericiliyə aşağıdakı iki düzəlişlər tətbiq edilməlidir:
Qanunun hazırlanmasına və işlənməsinə izahlı qeydə uyğun olaraq. Rusiyada və keçmiş SSRİ ərazisində doğulan insanlar bundan sonra yerli rus dilində danışa bildikləri halda Rusya vətəndaşı hesab edilirlər.
Layihədə başqa bir müsbət məqam da, bu insanların asanlıqla oturma izni ala bilməsinin nəzərdə tutulmasıdır- beləliklə, xarici vətəndaşlıqdan imtina etmədən, müalicə üçün heç bir sənəd toplanmadan oturum almaq mümkün olacaq. 
Layihə əvvəlcə parlamentin üzvü, MDB işi, Avrasiya inteqrasiyası və vətəndaşlarla əlaqələr üzrə komitə sədrinin birinci müavini, Konstitusiya Partiyasının üzvü Konstantin Zatulinin təklifi ilə təqdim olunub, sonra isə ona "Vahid Rusiya" partiyasının digər üzvləri- Artem Turov, Natalya Poklonskaya və Umaxan Umaxanov da qoşulublar.
Yaxın gələcəkdə layihənin Dövlət Dumasının digər komitələri tərəfindən nəzərdən keçiriləcəyi, sonra səsverməyə çıxarılacağı gözlənilir. Qəzetin yazdığına görə layihənin qəbul olma ehtimalı çox yüksəkdir- demək olar ki yüz faiz! Cahantv.az
loading...

Xəbər lenti