loading...
loading...

RÜSVAYÇILIQ! Azərbaycanda evli qadın illərlə qonşusu ilə sevgili olub, sonra ərini...- DƏHŞƏT

RÜSVAYÇILIQ! Azərbaycanda evli qadın illərlə qonşusu ilə sevgili olub, sonra ərini...- DƏHŞƏT

Keçən ilin martında İsmayıllı rayonunun Qurban Əfəndi kəndində qısqanclıq zəminində qonşusu 62 yaşlı Allahverdi Rəhimovu və həyat yoldaşı 56 yaşlı Bahar Əhmədovanı güllələyərək öldürən 66 yaşlı Məhəmməd Əhmədov həbsxanada vəfat edib.

Bakı şəhərində yerləşən həbsxanadan ürəyindəki problemlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gətirilən M.Əhmədov həkimlərin səyinə baxmayaraq ölüb.

Qeyd edək ki, Məhəmməd Əhmədov həyat yoldaşını və qonşusunu güllələyərək öldürməzdən əvvəl 28 səhifəlik məktub yazmışdı. O, məktubda qeyd edib ki, həyat yoldaşı Bahar Əhmədova ilə qonşusu Allahverdi Rəhimov arasında sevgi münasibətləri olub. Hətta bu barədə dəfələrlə ona deyiblər. Bir neçə dəfə qonşu qadınlar Bahar Əhmədova ilə dalaşan zaman onu ərinə xəyanət etməkdə günahlandırıblar. Məhz belə hallar Məhəmməd Əhmədova olduqca pis təsir edib.

Bu səbəbdən o, plan qurub. Hətta cinayətdə istifadə etdiyi ov tüfəngini kustar üsulla düzəldib. O, silahın lüləsini kəsib.

Məhəmməd Əhmədov məktubunda uzun zamandır qısqanclıq hissi keçirdiyini yazıb. Lakin gənclik illərində əsəblərini cilovlamasının səbəblərini də açıqlayıb. Övladlarını böyütmək və onları evləndirmək üçün ata həyat yoldaşına dözməli olub. Məhəmməd Əhmədov həmçinin məktubunda kiçik oğlundan üzrxahlıq edib ki, onu evləndirə bilməyib.

Qeyd edək ki, Məhəmməd Əhmədov kənddə ATS kimi tanınan ərazidə camaatla birlikdə oturan Allahverdi Rəhimovun yanına gəlib. Silahı çəkib və "Sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir" - deyərək qonşuların yanında Allahverdi Rəhimovu ürəyindən güllələyib.

Daha sonra evə gedən Məhəmməd Əhmədov heç bir söz demədən həyat yoldaşı Bahar Əhmədovanı da güllələyib. Hadisəni törədən Məhəmməd Əhmədovun halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Xəstəxanada müalicə alan Məhəmməd Əhmədovun barəsində sonradan cinayət işi başlanıb və o, həbs edilib.

Məhəmməd Əhmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham edilib.

Məhəmməd Əhmədovun cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb və o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: lent.az

loading...

Xəbər lenti