loading...
loading...

Qısa nömrələrdən gələn zəngləri qəbul etməyin – Kontur tələsi – FOTOFAKT

Qısa nömrələrdən gələn zəngləri qəbul etməyin – Kontur tələsi – FOTOFAKT
Sosial şəbəkələrdə daima abunəçilərin balansında haqqsız və abunə olmadığı halda müxtəlif xidmətlərə görə kontur çıxdığına şahid olmuşuq.
Hokm.az xəbər verir ki, bu dəfə ki mobil operatorumuz isə "Nar Mobile”dı. Müştəri Mikayıl Mirzəzadə bildirir ki, Azercell nömrəmdə olan haqqsız balans silinməsi və digər narahatlığa görə illər öncə nömrəmi NAR operatırına köçürtmə etdim lakin burda da problemlər bitmir. Aylıq istifadə etdiyim Paketi yeniləmək üçün balans artırdıqda bildiriş mesajı daxil oldu ki, balansınızda yetəri qədər vəsait olmadığından Paket yenilənmədi və bütün bonuslar sıfırlandı. Abunəçi məsələ ilə bağlı operatorun "Facebook” səhifəsinə yazdıqda isə maraqlı cavabla üz-üzə qalırıq. Belə ki, 2018 ci ildə bilinməyən qısa nömrələr tərəfindən abunəçiyə zəng olub və abunəçi zəng daxil olduğu zaman heç bir əməliyyat etməsinə baxmayaraq hər hansısa xidmətə qoşulub, lakin bununla bağlı heç bir bildiriş SMS i daxil olmayıb, bu isə qanunvericiliyə zidd olmasına baxmayaraq Mobil Operatorlar tərəfindən dəfələrlə Abunəçilərə edilən kontur tələsidi.
Məsələ ilə bağlı mobil operatora bildirdikdə isə siz qoşulmusunuz və SMS almısınız bildirilir lakin abunəçi mesajı göstərərək bildirib ki mesaj yalnız reklam xarakterlidi və heç bir xidmətə qoşulmanı əks etdirmir hətta mesaj da göstərilir ki, aktiv etmək üçün hər hansı bir kodu daxil edin, lakin operatorlar dələduzluq etməydə israr edirlər.

Məcburən ayda bir dəfə xidmət mərkəzlərinə yaxınlaşaraq bütün xidmətləri deaktiv etmək lazımdı. Ən əsası isə ölkədə yeni şəffaf işləyən mobil operator yaradılması zəruridir.

Məsələ ilə bağlı "Nar Mobile” sorğu göndərilmiş cavab alındığı təqdirdə xəbərə əlavə olunacaq.

Sizlərə qoşulma zamanı göndərilən SMS lərin foto şəkillərini təqdim edirik. Çalışın aldanmayın.
 



loading...

Xəbər lenti