loading...
loading...

Qayınanası Elnarə barədə GÖRÜN NƏlƏR DEDİ - Hamı məətəl qaldı

Qayınanası Elnarə barədə GÖRÜN NƏlƏR DEDİ - Hamı məətəl qaldı
"Qayınanayla yaşamırsan, sən?
Bu sualla Zaur Kamal proqramında qonaq olan Elnarə Xəlilovaya müraciət edib.
Elnarə "Yox, artıq 7 ildir ki, ayrı yaşayıram" cavabını verib. Aparıcı şou-biznesin ən çox uşaqlı anası Elnarənin qayınanasından ayrı yaşaması olayından şübhələnib. Müğənni aralarında heç bir inciklik olmadığını, ayrı yaşamaqlarına səbəb kimi qayınanasının Zabratda - şəhərdən kənarda yaşamasını göstərib:
"Günü bu gün də arzulayıram ki, kaş ki, qayınanamla bir yerdə yaşayardım. Onlar bir az uzaqdadırlar - Zabratdadırlar. O biri oğlunun evindədir. Qayınanmla münasibətimiz çox yaxşıdır. Bir gündən bir telefonla danışırıq. Gah xiyar bağlayır mənim üçün, gah pomidor. Deyirəm "Ay arvad, eləmə. İstəmirəm, eləmə". Qıymıram. Xəstə adamdır. Şəkəri var, təzyiqi var. Ayaq üstə zorla dayanır. Deyirəm "Sən ayaq üstə dura bilirsən, xiyar bağlayırsan? Eləmə!" Amma o, işsiz qala bilmir" .

Zaur Elnarənin sözlərinə inanmayaraq canlı yayımda müğənninin qayınanası ilə telefon əlaqəsi yaradıb. Qayınanasının canlı yayımda dedikləri Elnarənin sözləri ilə üst-üstə düşüb: 

"Elnarə yalvarır ki, gəl mənimlə yaşa. Elnarə kimi gəlin Azərbaycanda yoxdur. Onlar üçün ev aldım, köçürtdüm ora. Mən də balaca oğlumla qalıram. Bu hesabla bir yerdəyik yenə də. Hər həftənin 5-ci günü gəlirlər, 1-ci günü gedirlər".
Bu cavab Zauru təəccübləndirib.Milli.Az
loading...

Xəbər lenti