loading...
loading...

Qarğıdalı saçağı onlarla xəstəliyin və onkologiyanın dərmanıdır – SİYAHI

Qarğıdalı saçağı onlarla xəstəliyin və onkologiyanın dərmanıdır – SİYAHI
Qarğıdalı saçaqları dəmləməsinin çoxunuz böyrək xəstəlikləri, qum, daş əridilməsində istifadə olunduğunu bilirsiz.  Qarğıdalı saçaqlarını böyrəyi xəstə olanlar içməlidir düşünürsüzsə, yanılırsız. Qarğıdalı saçaqlarında olan mineral maddələr, vitaminlər, yığıcı maddələr, hormonlar, turşular, qlikozidlər, tanin , zülal  o qədər  çoxdur ki, təkcə böyrəklərə yox, çox orqanlara və xəstəliklərə faydalıdır.


Qarğıdalı saçaqlarının faydasının siyahısını təqdim edirik:


-Lipid, zülal, karbohidrat mübadiləsini tənzimləyir
-Zərərli maddələri çıxarır
-Şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır
-Qanda şəkərin miqdarını salır
-Mədəaltı vəz və qaraciyərin işini tənzimləyir


-Ödqovucudur
-İştahı azaldır, arıqlamağa kömək edir
-Sinir sistemini sakitləşdirir
-Sidikqovucudur
-Vərəm xəstələrinə təsir edir


-Böyrəkləri təmizləyir
-Qandan pis xolesterini təmizləyir
-Yuxu gətirir
-Saçları möhkəmləndirmək və canlandırmaq üçün dəmləməsi ilə saçlar yaxalanır


Qarğıdalı saçaqlarının dəmləmə, çay, spirtli məhlulu şəklində qəbul edilir.  
 
 


Hepatit, sirroz, öd daşı, öd yolları iltihabı, böyrək xəstəlikləri olanlar həkimlə məsləhətləşdikdən sonra, mütləq qarğıdalı saçağından istifadəni sınamalıdır. 
Qarğıdalı saçağı tərkibli hazır preparatlar da var ki, onlar bilirubinin səviyyəsini endirir. 


Qarğıdalı saçağı dəmləməsinin sadə qaydası:


Bir stəkan qaynar suya qarğıdalı saçaqları atılır, 1 saat saxlanılır, sonra süzülür. Gündə 4-5 dəfə 1 xörək qaşığı miqdarında içilir. Stəkanı birdəfəlik içmək olmaz. Bir kurs 2 həftə
Medicina.az 
loading...

Xəbər lenti