loading...

Prezidentdən xalqı riqqətə gətirəcək sərəncam- RƏSMİ

Prezidentdən xalqı riqqətə gətirəcək sərəncam- RƏSMİ

Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb.

 

Axşam.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçiriləcək.

Sərəncamda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlamaq və onun həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sərəncamda deyilir ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.

Xəbər lenti