loading...

Prezident QANUN İMZALADI: Uşaqlar üçün 170 manat...

Prezident QANUN İMZALADI: Uşaqlar üçün 170 manat...
Ens.az xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında qanunları imzalayıb.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilir.

2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Hər iki qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti