loading...
loading...

Pensiya yaşı 45-ə endirilir: “Pensiya yaşının çox olması xalqa qarşı soyqırımdır”

Pensiya yaşı 45-ə endirilir: “Pensiya yaşının çox olması xalqa qarşı soyqırımdır”

Çin hökuməti əhalinin narazılığının səbəblərini müəyyənləşdirmək məqsədilə sosial və tibbi sahədə araşdırmalar aparıb.

O nəticəyə gəliblər ki, xüsusən yaşlı insanlar bu baxımdan ağır yükün altında əzilirlər. Onların durumunu yüngülləşdirmək məqsədilə hökumət bir sıra addımlar atmaq qərarına gəlib. Onlardan biri də pensiya yaşının azaldılmasıdır.

Bizimyol.info xəbər verir ki, hazırda Çində kişilərin pensiya yaşı 60, qadınlarınkı isə 55-dir. Əgər qadın fiziki işlə məşğul olursa, bu halda, 50 yaşında da pensiyaya çıxmasına icazə verilir.

Araşdırmalar göstərib ki, yaşlı insanların həyatlarındakı çətinliklər onların depressiyaya düşməsinə, stress keçirmələrinə və son nəticədə ömrün qısalmasına gətirib çıxarır. Bundan sonra Çin hökuməti belə qənaətə gəlib ki, pensiya yaşının daha çox olması öz xalqına qarşı soyqırımdır. Ona görə də hökumət üzvlərinə tapşırıq verilib ki, yaxın vaxtlarda pensiya islahatları ilə bağlı təkliflər paketi hazırlansın. İlkin təklif pensiya yaşının həm kişilər, həm də qadınlar üçün 5 il azaldılmasıdır. Bu halda, kişilər 55, qadınlar isə 50 yaşında (fiziki işlə məşğul olanlar 45 yaşında) pensiyaya çıxacaq.

Hökumət inanır ki, pensiya yaşının azaldılması ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək.

loading...

Xəbər lenti