loading...
loading...

Op.Dr. Rauf Sadıqov (Neyrocərrah) Azərbaycanda Beyin Cərrahiyyəsində son 5 ildə olan yeniliklər və dəyişikliklər haqqında danışdı - MÜSAHİBƏ + FOTOLAR

Op.Dr. Rauf Sadıqov (Neyrocərrah) Azərbaycanda Beyin Cərrahiyyəsində son 5 ildə olan yeniliklər və dəyişikliklər haqqında danışdı - MÜSAHİBƏ + FOTOLAR

Saqlamheyat.az –ın bügünkü qonağı ölkəmizdə yetərincə ciddi və mürəkkəb baş beyin cərrahiyyəsi əməliyyatlarını icra edən Neyrocərrah Rauf Sadıqovdur. Araşdırmalarımızdan və həkimin özü ilə müsahibəmizdən məlum oldu ki, Rauf Sadıqovun peşəsi çox məsuliyyətli və çətin olsada, tibbin neyrocərrahiyyə sahəsində bir çox yeniliklər edib və ən ağır əməliyyatların uğurlu icraçısı olub.


-Salam xoş gördük Rauf həkim

Salam xoş gördük


 

-İlk olaraq istərdik təhsilinizdən başlayaq. Bu haqda bir az məlumat verin

1999-2005 – Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişəm. Fərqlənmə ilə bitirdiyimə görə Neyrocərrahiyyə kafedrasında ordinator vəzifəsinə layiq görüldüm.

2005-2007 – Klinik ordinator kimi işləmişəm. Sonra həkim ordinator kimi davam etmişəm. Həmin vaxtlar Azərbaycanda beyin damarlarında əməliyyat icra olunmurdu. Bunun əsas səbəblərindən biri texniki avadanlıqların çatışmazlığı , digəri isə praktik vərdişlərin olmaması idi.

2008-2009 – Türkiyədə Marmara Universitetinin Beyin Cərrahisi bölümündə (kafedrasında) Baş beyin şişləri və damarlarının mikrocərrahiyyəsi üzrə fellowship kimi çalışmışam.

2009-cu ildə qayıtdıqdan sonra Dr. Həsrətov Ələsgərlə birlikdə beyin şişləri və damar cərrahiyyəsi ilə məşğul olmuşam. Eyni zamanda komandamızla bütün əməliyyatların miroskop və mikrocərrahi tekniklərlə icrasına başladıq. Nəticədə bir çox yeniliklər etdik. Beləliklə uğur qazandıq.

 

 

-Dediyiniz uğurları göstəriciləri nələrdir?

Hazırda bir tək beyin damarlarında anevrizmalar səbəbilə icra etdiyimiz əməliyyat sayısı 450-nin üzərindədir. Beyin cərrahiyyəsində bu mürəkkəb sayılan əmləyyatları dünyaya qazandıran Profssor M. G. Yaşargilin anevrizma əməliyyat sayısı 1200 olmuşdur . Bu baxımdan istər ölkəmiz adından, istərsə də bizim adımızdan bu bir uğurdur. Digər tərəfdən daha öncə bu xəstəliklə bağlı ancaq ölkədən xaricdə cərrahi mümkün idi, bu isə həm tibbi, həm həm də maddi olaraq həmışə mümkün olmurdu.

Daha öncə inoperabel (əməliyyatı imkansız ) sayılan bir çox beyin şişləri bu gün tərəfimizdən uğurla icra olunur.

-Ən çox hansı ölkələrə gedilirdi?

Ən çox Ukrayna, az qismi Rusiya və Türkiyəyə gedirdi. Ümumiyyətlə bu əməliyyatların xaricdə olmasının bir neçə mənfi tərəfləri var. İlk olaraq deyim ki, bu əməliyyatın xaricdə icra olunması üçün maddi cəhətdən çox itki olurdu. Digər səbəb isə daha acınacaqlı idi. Bir çox hallarda təkrar qanamalarda xəstələri yardım üçün xarici ölkəyə çatıdırmaq mümkün olmurdu. Təəssüf ki, çox vaxt onları itirirdik.

Günümüzdə artıq xəstələrin və xəstə yaxınlarının bu qədər çətinləyə düşməsinə ehtiyyac yoxdur.


- Türkiyədən başqa hansısa ölkədə fəaliyyətiniz olubmu?

Əlbəttə. Tibb daim yenilənir, inkişaf edir. Bu dəyişimlər beyin cərrahiyyəsinndən də yan keçmir . Yeniliklər üçün öz üzərimizdə çox çalışmalıyıq. Bunun üçündə başqa ölkələri n tibbi mütəxəssisləri ilə bilgi və praktik paylaşımlarımız olmalıdır. Yəni durmadan öyrənmək lazımdır.Bu səbəbdən müəyyən zaman kəsiyində müxtəlif ölkələrdə Türkiyə, Almaniya ,Ukrayna ,Avstriyada beyin cərrahi konqreslərinə və kadavra kurslarına qatılmışam. Ən son İstanbul Bahçeşehir Universitesi Medikal Park xəstəxanasında " Hipofiz adenomalarının cərrahiyyəsi " və daha sonra Almaniyanın Munster şəhərində dünyaca məhşur olan professor Kawasenin təşkil etdiyi "Bir dəfəyə xaric edilməsi mümkün olmayan mürəkkəb beyin şişlərinin cərrahi yanaşması” mövzusunda kadavra kursunda iştirak etmişəm.

 

 

-Həkim qeyd etdiniz ki, beyində ağır əməliyyatları icra edirsiniz və insanların buna görə xarici ölkələrə üz tutmasına gərək yoxdur. Bu söylədiklərinizə hansı əməliyyatlar aiddir?

Beyin cərrahiyyəsində ən ağır əməliyyatlar sırasında baş beyin damarlarının anevrizması, arteriya -venoz damar anomalyaları, kəllə əsasının şişləri, mədəcikdaxili şişlər və hipofiz adinomalarıdır. Hansı ki, bu gün Azərbaycanda bu əməliyyatlar texniki imkan, əməliyyat sayı və əməliyyatdan sonrakı nəticələri baxımdan dünyanın qabaqcıl klinkaları ilə ayaqlaşır.

 

 

-Siz yalnız baş beyində cərrahi əməliyyatları edirsiniz?

Əlbəttə xeyr. Bir beyin cərrahı baş beyində, eynilə də onurğa beyni və fəqərə sütununda əməliyyatlar edir . Sadəcə mən mövzuya uyğun olaraq daha problemli və ən ağır olan əməliyyatlar haqqında danışdım. Qeyd edim ki, bunlardan danışmaq vacibdir. Çünki həmin əməliyyatlar ölkəmizdə tibbin neyrocərrahiyyə sahəsində vurğuladığımız yeniliklərdi və bunlar həmdə aktual mövzudur. Digər əməliyyatlarla bağli deyim ki, ümumən daha çox sayda onurğada disk yırtıqları əməliyyatlar icra olunur. Onurğa sütununda bu geniş yayılmış bir problemdir və disk yırtığı müasir həyat tərzinə bağlı bir polietioloji xəstəlikdir .


- Neyrocərrah kimi fəaliyyət göstərmək haqqında nə deyə bilərsiniz

Beyin cərrahiyyəsii asan bir iş deyil əlbəttə .Bütün çətinliyinə baxmayaraq hər uğurlu əməliyyat bizdə ruh yüksəkliyi yaradır.

-Sizə və komandanızda işinizdə uğurlar arzulayırıq, xəstələrinizədə Allahdan şəfa diləyirik.

Çox sağ olun. Məndə sizlərə zəhmətinizə görə minnətdarım. Uğurlarınız bol olsun.

 

 

 

 

loading...

Xəbər lenti