loading...

Nişan məclisində QAN TÖKÜLDÜ - Şadlıq sarayının həyətində...

Nişan məclisində QAN TÖKÜLDÜ - Şadlıq sarayının həyətində...
Şabran rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Vilayət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vilayət Məmmədovun Şabran şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "Çinar” şadlıq sarayında ofisiant qismində iştirak etdiyi nişan məclisindən sonra sarayın həyətində həmin məclisdə qonaq olmuş Ramin Dəmirovla mübahisəsi düşüb.

Sərxoş olan hər iki şəxsin mübahisəsi sonda əlbəyaxa davaya çevrilib. Dava zamanı Vilayət Məmmədov Ramin Dəmirovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vilayət Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vilayət Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Vilayət Məmmədov apelyasiya şikayəti verib. Törətdiyi cinayəti etiraf edən Vilayət Məmmədov əməlindən peşman olduğunu deyib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Vilayət Məmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə Vilayət Məmmədovun apelyasiya şikayətini qismən təmin edib və onun cəzasını 3 ilə qədər endirib.

Bu qərardan narazı qalan Vilayət Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmə Vilayət Məmmədovun kasasiya şikayətini təmin etməyib. Big.az

Xəbər lenti