loading...

Nazirlikdən YENİLİK - 50 yaşdan yuxarı şəxslərə təqaüd veriləcək

Nazirlikdən YENİLİK - 50 yaşdan yuxarı şəxslərə təqaüd veriləcək

Rusiyada 50 yaşdan yuxarı şəxslərə təqaüd verilməsi təklif edilir.

Publika.az xəbər verir ki, Əmək və Sosial Müdafiə Nazirliyi bununla bağlı sənəd hazırlayıb.

Yeniliyə əsasən, iş tapmaq üçün təhsil almağı planlaşdıran 50 yaşdan yuxarı şəxslərə təqaüd verilməsi nəzərdə tutulur.

Layihə hazırda müstəqil antikorrupsiya araşdırmasından keçirilir. Paralel olaraq, regional hakimiyyət orqanları işəgötürənlərlə birlikdə ən çox axtarılan peşələrin siyahısını tərtib edir.

Ehtimal olunur ki, 50 yaşdan yuxarı şəxslər 3 sxem üzrə təhsil alacaq. Birinci model- məşğulluq xidmətləri üzrə təlimdir. İkinci- işəgötürən təhsili, üçüncü model isə "Worldskills Rusiya" infrastrukturundan istifadə edən təlimi əhatə edir.

Birinci və üçüncü hallarda xərcləri büdcə əvəzləyə bilər. Belə ki, təhsil alanlar digər tələbələr kimi təqaüd alacaq. 2024-cü ilin sonuna kimi sxem üzrə 450 min nəfərin təhsil alması planlaşdırılır.

Xəbər lenti