loading...

Nadir Qafarzadənin evində "Vağzalı" çalınacaq: Oğlunu evləndirir - VİDEO

Nadir Qafarzadənin evində
Müğənni Nadir Qafarzadənin evində "Vağzalı” çalınacaq.
Sənətçi təhsilini İsveçrənin Cenevrə şəhərində alan böyük oğlu Loğmanı evləndirmək niyyətindədir.
O, "Xəzər” TV-də yayımlanan "Evdəkilərə Salam” proqramında qonaq olarkən oğluna qız tapdığını deyib: "Qız məktəbdə oxuyur. Atası diplomatdır. Ailəsi Əl-Cəzairdə, bir müddət isə Los-Anceles şəhərində yaşayıb. İndi də dörd illik Fransaya gediblər. Kübar ailədir. Övladları da çox gözəldir. İstəyirəm ki, oğlumu tezliklə evləndirim, ailəmizdə körpə dünyaya gəlsin. 49 yaşım tamam oldu. Həm qayınata, həm də baba olmaq vaxtıdır”.
Qeyd edək ki, müğənni N.Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün bu nikahdan Loğman və Əziz adlı iki övladı var. Big.az
 
[media= ]

Xəbər lenti