loading...

Müğənnidən qalmaqallı açıqlama: "Murat Boz evində yarıçılpaq gəzir"

Müğənnidən qalmaqallı açıqlama:
Türkiyənin pop ulduzu Murat Boz haqqında mediaya ilginc xəbərlər yayılıb.
Ifaçı Karolin Yılmaz M.Bozla üzbəüz yerləşən binada qonşu olduğunu və müğənninin evində yarıçılpaq gəzdiyini dilə gətirib: "Muratla "Levent”də üzbəüz yerləşən binada qonşuyam. Tez-tez onu pəncərədən izləyirəm. Axşamlar evində dostları ilə "party”lər təşkil edir. Evdə isə yarıçılpaq gəzir”.
Həmkarının qalmaqallı açıqlamasından sonra M.Boz deyilənlərə sərt reaksiya verib:
"Mənzilimin yerləşdiyi bina 5 mərtəbədən ibarətdir. Qonşuluğumda isə ailəsi ilə birgə çox dəyərli musiqiçi dostum yaşayır. Yaşadığım binada "Beşiktaş” komandasından olan futbolçu bir dostum da qalır. Bütün qonşularımı tanıyıram. Xahiş edirəm, haqqımda danışılan sözlərə etibar etməyin”. Big.az

Xəbər lenti