loading...
loading...

Məşhur kosmetika şirkətinin reklam fırıldağı- Kosmetik vasitələr bazarında istehlakçıları ən çox “O” aldadır"

Məşhur kosmetika şirkətinin reklam fırıldağı- Kosmetik vasitələr bazarında istehlakçıları ən çox “O” aldadır
Son dövrlər xanımların və bəylərin  istifadə etdikləri kosmetik məhsulların keyfiyyəti, onlara mağazalar tərəfindən təklif olunan kampaniyalarla bağlı çoxlu sayda şikayətlər daxil olur. Sözügedən şikayətlər həm alıcıların üzv olduqları sosial şəbəkələrdəki qruplarda, həm də müxtəlif zamanlarda mətbuatda yayımlanır.
 
Kosmetika bazarına nəzər salsaq görərik ki, bazarlarda, mağazalarda, küçələrdə, yeraltı keçidlərdə, metro stansiyalarının çıxışında qoyulan piştaxtalar "xarici ölkələrin məhsulları” ilə doludur. Əlbəttə, qiymətlər və keyfiyyət də satıldığı yerə görə dəyişir. Kosmetik vasitələrin satıldığı yerlərdən asılı olaraq qiymətlər də artıb-azalmağa başlayır. Metro keçidlərində bu vasitələr ucuz və keyfiyyətsiz olsa da, son illər xanımlar daha çox kosmetik vasitələr bazarında satış liderliyini edən "İdeal” kimi mağazalara üz tuturlar. Səbəb isə aydındır. Bu bazarda liderlik edən mağazalarının az qala keçiddəki satış obyektlərinin qiymətinə bərabər endirimlər keçirir, bu endirimlər vasitəsi ilə kütlənin diqqətini çəkə bilirlər. Ancaq bir çox hallarda endirim üçün mağazalara yaxınlaşan istehlakçılar reklamlardan fərqli mənzərə ilə qarşılaşırlar. Ağıla isə bir sual gəlir: Ya reklam düz çəkilməyib, ya da ki bu reklamlarda bir məqsəd var. Adamları mağazaya gətirib orada onları aldatmaq.
 

Bu barədə İcra.az sisial şəbəkə istifadəçilərindən biri Fərid Əsədzadə xüsusi ilə "İdeal”la bağlı şikayətini dərc edib. Şikayəti olduğu kimi sizə təqdim edirik.

 

"Mən yanlışamsa siz düzəldin, dostlar. Öncəliklə guya marketinq xod edəcəm deyə müştərilərə yalan məlumat vermək (və ya əvəzinə və yazmaq), sonda isə sanki kommersiya və ya dövlət əhəmiyyətli sirrmiş kimi hansı məhsulda nə qədər endirim olmasını deməməsi. IDEAL-ın SMM mütəxəssisi satış təmsilçisinə bəlkə də əziyyət vermək istəyir özləri bilər amma müştəri kimi endirimli günlərdə insan kütləsinin içində gedib orda bir-bir sevdiyim bütün brendləri soruşmaq istəmirəm."

 









loading...

Xəbər lenti