loading...
loading...

Loqin və parol oğurlayan virus aşkarlandı – XƏBƏRDARLIQ

Loqin və parol oğurlayan virus aşkarlandı – XƏBƏRDARLIQ
"Doktor Veb” antivirus şirkəti populyar brauzerlərdən loqin və parolları oğurlayan və təhlükəli faylları yükləyən çoxfunksiyalı "Trojan.DownLoader23.60762” virusu barədə xəbərdarlıq edib.

"ICTnews”a  xəbər verir ki, "Windows” sistemi ilə işləyən kompüterləri yoluxduran virus qurğuya başqa proqramları quraşdırır, həmçinin müxtəlif xidmətlər üzrə hesabların məlumatlarını oğurlayır və müxtəlif saytların səhifələrində daxil edilən məlumatları ələ keçirir.

"Trojan.DownLoader23.60762” virusu məxfi informasiyasını oğurlamaq üçün "Windows” bələdçisinin prosesinə, həmçinin "Microsoft Internet Explorer”, "Mozilla Firefox” və "Google Chrome” brauzerlərinin proseslərinə qoşulur.oxu.az

loading...

Xəbər lenti