loading...
loading...

Ölkə bu hadisədən DANIŞIR: Məzarlıqdan qorxulu səslər gəldi və... - VİDEO

Ölkə bu hadisədən DANIŞIR: Məzarlıqdan qorxulu səslər gəldi və... - VİDEO

Türkiyənin Aydın vilayətində qorxulu hadisə baş verib.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında qəbiristanlıqdan gələn inilti səsi sakinlər arasında həyəcan yaradıb. Dərhal hadisə barədə polisə məlumat verilib. Axtarışlar nəticəsində məlum olub ki, inilti səsi məzarların yaxınlığında yerləşən quyudan gəlir.

Sən demə, qızılaxtaranlar dərinliyi 20 metr olan quyuda qızıl olduğu barədə şaiələr eşidib. Ərazidə axtarış keçirmək istəyən şübhəlilərdən biri ehtiyatsızlıqdan quyuya düşüb. Xilasedicilərin səyi nəticəsində ağır xəsarətlər alan şəxs quyudan çıxarılıb.

Digər şübhəlilər isə aradan çıxmağa müvəffəq olub. Polis onların axtarışını davam etdirir.

 


loading...

Xəbər lenti