loading...
loading...

Ölən qıza “iPhone” başdaşı qoyuldu - Foto

Ölən qıza “iPhone” başdaşı qoyuldu - Foto
Rusiyada "iPhone” telefonunu çox sevən qıza "iPhone 6” model tipli başdaşı qoyulub.

 28 yaşlı Rita Raisovnanın Ufadakı qeyri-adi qəbri hər kəsi təəccüblədirir. Qara qranitdən hazırlanan məzar daşının ekranında Ritanın şəkli, adı, təvəllüdü və öldüyü il yazılıb.

Başdaşının yan tərəfində səsgücləndirici, arxa paneldə kamera, "Apple” loqosu və markanın adı yer alıb.

Ölən qızın ailəsi haqda məlumat verilməsə də "iPhone” başdaşının 1800 dollara başa gəldiyi və Novosibirsk əyalətində hazırlandığı məlum olub."Qafqazinfo”
 

loading...

Xəbər lenti