Lal bir insanın ölüm ayağında dedikləri, hamını şoka salacaq

Lal bir insanın ölüm ayağında dedikləri, hamını şoka salacaq
Bir istifadəçinin yazdığından:

Bakıda əməliyyat olunmuşdum. Xəstəxanada, yatdığım palatada bir gənc oğlan da var idi. Amma onun vəziyyəti kritik idi və demək olar ki, o son saatlarını yaşayırdı. Bu üzdən ona Kəlmeyi Şəhadətini deməyi məsləhət gördüm. Amma onun vəziyyəti ağır olduğundan mənə cavab verə bilmədi. Gözlərinin dolduğunu gördüm. Yerimdən qalxıb ona yaxınlaşdım. Bir daha ƏŞHƏDU ƏNLA ILAHƏ ILLƏLLAH və ƏŞHƏDU ƏNNƏ MUHƏMMƏDƏN RƏSULALLAH deməyini istədim. Bundan sonra onun vəziyyəti lap pisləşdi. Həyəcandan ona yalvarmağa başladım ki, ƏŞHƏDU ƏNLA ILAHƏ ILLƏLLAH və ƏŞHƏDU ƏNNƏ MUHƏMMƏDƏN RƏSULALLAH desin. Şəhadət versin ki, Allah ona kömək olsun. Nəhayət istədiyimə nail oldum, qardaş çox rahatlıqla Kəlmeyi Şəhadətini dedi. Lakin deyəndən sonra gözlərini yumub dünyasını dəyişdi. Mən sevincdən və həyəcandan huşumu itirmək üzrəydim. Çünki bu qədər ağır vəziyyətdə olmağına baxmayaraq ölməmişdən o, çox rahatlıqla şəhadət verə bildi. Az müddətdən sonra onun anası gəldi. Mən ona oğlunun Cənnətə düşdüyünü və ağlamamağını deyəndə ana təəccüblə mənim hardan bildiyimi soruşdu. Cavab verdim ki, oğlunuz şəhadət verib sonra dünyasını dəyişdi, mən şahidəm. Mənə oğlunun anadangəlmə LAL olduğunu deyəndə isə təəccübdən donub qaldım...
 
Maraqlı, möcüzəli və sirli Dünya

Xəbər lenti