loading...
loading...

Kişilər qəribədir: birini sevir, ikinciylə yatmaq istəyir, üçüncüdən arzulayırlar…Səbəb və Həll

Kişilər qəribədir: birini sevir, ikinciylə yatmaq istəyir, üçüncüdən arzulayırlar…Səbəb və Həll
Xəyanet şirin görünən zəhərli bir team kimidir. Yeyərik ağzımız şirinlənər. Bir də baxarıq ki, zəhəri qanımıza işləyib, artıq mehvimize yaxındır. Maraqla, heyacanla , xoş hisslərlə başlayan xəyanətin sonu yalnız peşmanlıqdır!
Hər gün minlərlə kişi öz sevgilisinə və ya həyat yoldaşına xəyanət edir. Ayrılığa ən çox səbəb olan da məhz xəyanətdir. 
Bəs kişilər niyə xəyanət edir?!
Bir dəfə xəyanət edən kişi bunu təkrarlamaqdan çəkinmir. Xüsusən də xəyanəti zamanı tutulan kişilər başqa qadınlarla yatmağa yönəlir. 
Söhbət cinsi əlaqədən gedirsə, yox demə ehtimalı 0-a bərabər olur. Aldatma ehtimalı yüksək olan kişilər bir fikirlə qərarlarını dəyişdirə bilərlər. 
Sevgisi bitsə belə münasibətləri davam etdirən kişilər çoxdur. Qarşısındakı insanı üzməmək üçün münasibətləri davam etdirən kişilər bir anlıq ehtirasla bütün fikirlərini dəyişdirə bilər.
Kişilərin həyat yoldaşından ayrılma qorxusu olur. Bu onlarda fobia halına gəlir və tək qalmaqdan qorxurlar. Tək qalmaq qorxusu da kişiləri bəzən səhv addım atmağa və xəyanətə sürükləyir. Bu kəlimənin ardında isə neçə-neçə mübahisələr, təhqirlər, hətta fiziki tezyiqə qədər gedib çıxan münaqişələr ve nəhayət, ailənin süqutu – yeni günümüzün xoşagəlməz dəbi adını alan boşanmalar durur. Gəridə qalan xəyanətə uğrayanın sarsıntısı, aşağılanmaq hissi, insanlara, xüsusilə qarşı cinsə inamsızlıq ve zaman keçdikcə nifrət hissinin yaranması, stress, depresiyyadır.
Nadir hallarda ise xəyanət edənin müvəqqəti və ya bir anlıq çılğınlıqla ailəsinde yaratdığı narahatlıq ve əksər hallarda boşanma peşmanlığı. .
 Kişi xəyanəti xarakterik səbəblərdən də məydana gələ bilir. Macəra, adrenalin ehtiyacı duyan əks cins, böyük ehtimalla gizli münasibətlər arxasınca düşəcək və bu hissləri ailədən gizli, yasaq münasibət kimi yaşamaq guya ona həyat əşqi gətirəcək. Necə deyərlər, bir növ özünü cavan saxlayacaq.
Xəyanətin digər bir səbəbi isə kişinin nə vaxtsa etdiyi xəyanətin qadın tərəfindən bağışlanmasıdır. Qadını inandıra biləcəyinə inan kişilərdə də xəyanət etmək üçün cəsarət yaranır. Kişilərin fikrincə, gözün görmədiyini qəlb də hiss etməz. Bu anlayış isə daha sonra öz təsdiqini tapmır və edilən xəyanət qadın tərəfindən aşkarlanır.
Bəzi hallarda xəyanət edən insanın valideynlərini, hansı şəraitdə böyüdüyü araşdırıldıqda çox vacib ve əsas bir nüans ortaya çıxır. Uşaq ailədə valideynlerinden birinin digərinə xeyanetini bilərək böyüyürse, bir müddət sonra sədaqətsizliyi, xəyanəti normal bir əxlaq forması olaraq qəbul edir. Müəyyen bir zamandan sonra isə o da doğru, normal bildiyi yanlışı təkrarlayır.
Xəyanət nə səbəblə olursa olsun haqq qazandırılması mümkün olmayan, dinimizə, insanlığımıza və əxlaq çərçivəmizə heç cürə sığmayan böyük bir yanlışdır. Bu yanlışa yol verməmək və görməmək üçün isə  edəcəyimiz çox şey öz əlimizdədir..
Qadınlar və kişilər arasındakı fərq onların arzuları və istəkləridir. Kişilər təbiət etibarı ilə çox tez sıxılır və bezir. Dəyişkənliyi qadınlar özü sevsə də, alışqanlıqlara daha çox üstünlük verirlər. Buna görə də xəyanət qadınlar arasında daha az müşahidə edilir. . Bir qrup qadınlar sadəcə həyatlarını qəfil dəyişiməkdən qorxurlar. Bu isə özünə güvənin olmamasından irəli gəlir. 
İstənilən halda qadın vəziyyəti dəyişə bilər. "Kişi başdırsa, qadın boyun” misalını yada salın. Daim baxımlı olmağı, həyat yoldaşlarınızın gözündə gözəl görünməyi sadəcə həyat tərzinə çevirin. Sürprizlər hazırlayın, onun qəlbini fəth etmək üçün ağlasığmaz variantlara belə əl ata bilərsiniz. Neqativ emosiyaların həyatınızın sahibi olmağına icazə verməyin. Əsas odur ki, daim sevimli qalın. Kişi psixologiyasında nəzərinizə çatdırdığımız faktları isə unutmayın.
Validə Abbasova
Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu
loading...

Xəbər lenti