loading...

Karapetyanın ŞOK PLANI: “Bakını işğal edək və hər şey...”

Karapetyanın ŞOK PLANI: “Bakını işğal edək və hər şey...”
Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma "DQR”-in "özünümüdafiə güclərinin birinci komandiri” Arkadi Karapetyan erməniləri Bakıya hücuma çağırıb.

Publika.az xəbər verir ki, absurd planlar gündəmə gətirən Karapetyan müharibəyə başlamağın vaxtının çatdığını deyib.

"Mən təklif edirəm ki, Bakını işğal edək və hər şey bitsin”, - deyə separatçı bildirib.

O, İrəvanın danışıqlardan çəkilməsini və hücuma keçməsini istəyir: "Əgər danışıqlar masasında otururuqsa, deməli biz zəifik”.

Qeyd edək ki, son vaxtlar danışıqlardan yayınan Ermənistanda müharibə ritorikası güclənib. Serj Sarkisyan da artıq absurd şərtlərlə çıxış edir. Ekspertlər hesab edirlər ki, Ermənistanda müharibə ritorikası, Azərbaycana qarşı hücum çağırışlarının arxasında əslində Sarkisyan dayanır. O, bununla ermənilər arasında nüfuzunu artırmağı düşünür.

Hosting axtarışındasızsa, Hostimul.com-un sərfəli təkliflərini mütləq dəyərləndirin! Veb-səhifənizin resurslarına uyğun olaraq paylaşılan, vps və ya wordpress hosting paketlərindən ən uyğun olanını seçin və rəqəmsal dünyada öz biznesinizi tanıtmağa başlayın. Bütün hosting paketlərimizə aşağıdakı xidmətlər daxildir:


Daha ətraflı informasiya üçün: https://hostimul.com/cloud-vps-hosting/

Xəbər lenti