loading...

Jirinovski: Sevgi yoxdur, amma günü var...

Jirinovski: Sevgi yoxdur, amma günü var...
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Müqəddəs Valentin günü (14 fevral) ilə bağlı çıxışında maraqlı məqamlara toxunub.
Partiya sədri gənclərlə görüşündə sevgi barədə mülahizələrini bölüşüb.
O, ailələrdəki münaqişələrin səbəblərini açıqlayıb:
"Nə üçün bütün mahnılar sevgi haqqındadır? Mahnını dayandırın, mənim qızım başqası ilə rəqs edir. Çünki sevgi yoxdur. Ona görə də belə mahnılar ifa edirlər. Narahatlıq keçirirlər. Sevgi yoxdur, amma bayram var”.
Jirinovski, həmçinin gənc ailələrdə yaranan ilk konfliktə də toxunub və mühazirə iştirakçılarını bunun səbəblərini anlamağa dəvət edib:
"İlk mübahisə puldur. Toy səyahəti ilə bağlı maliyyə xərclərinin bir qismini öz üzərinizə götürürsünüz. Bax elə bundan başlayır: Bəs kim ödəyəcək? Problem budur”.Publika.az

Xəbər lenti