loading...
loading...

İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...

İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
Yeniyetməlik və gənclik məhəbbəti ilə illər sonra ailə quran aparıcı Kamilə Babayeva müsahibəsində həyat yoldaşı ilə münasibətlərindən danışıb.
Televiziya ulduzu etiraf edib ki, həyat yoldaşı onda ən çox yumor hissini yüksək qiymətləndirir: "Fərziyyələrimə qalarsa, yəqin ki, yumor hissimi yüksək qiymətləndirir. Zarafatcıl olmağım və məndəki həyat eşqi hərdən onu qıcıqlandırsa da, əsas amillərdən biri budur. Heç nəyin dərininə gedən biri deyiləm. Hər hansı problemi uzatmağı sevmirəm, ona haqq qazandırmaq üçün mütləq bir səbəb tapıram. Sözsüz ki, bu səbəb əsaslandırılmış bir arqument olmalıdır, balansı qoruyuram.
Kimisə bəyənməyə bilərik, amma unutmaq olmaz ki, onun yaxşı xüsusiyyətləri də var. Yaxşı ilə pisi tərəziyə qoymaq lazımdır. Əgər müsbət keyfiyyətlər mənfini üstələyirsə, o pisləri unuduram".
O, eyni zamanda yeniyetməlik illərindən tanış olduğu yoldaşı ilə münasibətlərini gec rəsmiləşdirməyin səbəbini də açıqlayıb: "Bəli, biz uzun illərdir bir-birimizi tanıyırıq. Burada deyiblər ki, vaxtında evlənsəydin, indi özün boyda övladların olardı (gülümsəyir). Buna baxmayaraq Allahımdan çox razıyam. Bu suala da bir sözlə cavab verəcəyəm, qismət... Hər hadisənin bir zamanı, bir tarixi və bir anlamı var. Demək ki, bizim də qismətimiz belə olmalı idi”.
publika.az
 

loading...

Xəbər lenti