loading...
loading...

İdarəetməni iflic edən icra başçıları istefaya göndərilir - Təfsilat

İdarəetməni iflic edən icra başçıları istefaya göndərilir - Təfsilat
Azərbaycanda bir neçə rayon icra başçısının istefası gözlənilir. Yaxın vaxtlarda onlardan ikisi barəsində prezident sərəncamı olacağı xəbər verilir. Həmin icra hakimlərindən biri paytaxt rayonlarından birinə rəhbərlik edir...

İcra başçıları arasında ölkə rəhbərliyinin narazı qaldığı məmurlar var. Onların fəaliyyəti hakimiyyətin siyasi kursuna ziddir və islahatlar fonunda onların istefaya göndərilməsinə zərurət yaranıb. 

Hakim komanda daxilində gedən müzakirələrdən də çıxan qənaət ondan ibarətdir ki, bəzi icra hakimlərinin sərəncamı hazırlansın. Regionlar üzrə aparılan monitorinqlər və sosial həyat səviyyəsi nəzərə alınaraq həmin bölgələrin icra başçılarının işindən kənarlaşdırılması hədəflənib.

Həmin əyalətlərdə insanların şikayət və müraciətləri, məmur özbaşınalığı və qanunsuzluqlar, Prezident Administrasiyasına göndərilən məktublar əsasında dosye tərtib olunur. Bundan sonra bəzi rayonların icra başçıları ilə bağlı qərarlar verilir.
Rayon rəhbərlərinin böyük əksəriyyəti iri ranqlı məmurların, oliqarxların yaxınlarıdır. Onlar rayonlarda həmin məmur və oliqarxların biznes maraqlarını qoruyan şəxslərdir. 

Ona görə də yeni investisiya cəlb edib, öz himayədarlarına problem yaratmaq istəməzlər. Məsələnin bu tərəfini qətiyyən unutmaq olmaz. Bu problemlərin həllinin yeganə yolu köklü, regional idarəetmə islahatlarından keçir. 

Yalnız bu haldan sonra investorların ölkəyə axınını təmin etmək olar”referendumdan sonra icra başçıları ilə bağlı Azərbaycan hökumətinin ciddi islahatlar aparacağı ilə bağlı yayılan xəbərlər özünü doğrultmaqdadır.

Bir müddət əvvəl Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin çıxışı da aktuallaşmaqdadır.

Z.Nağdəliyev bildirmişdi ki, bundan sonra icra başçılarının fəaliyyətinə qiymət verilərkən əsas meyar kimi onların prezidentin tapşırıqlarına nə dərəcədə əməl etməsi ilə yanaşı, rəhbərlik etdikləri rayonlara nə qədər yerli və xarici investisiya cəlb etmələri olacaq.

Bakı və regionlarda icra başçılarının əksəriyyəti yaşlılardır. Onların gənclərlə əvəzlənməsi planlaşdırılır. Rayonlarda "kiçik padşah”ların sahibkarların fəaliyyətinə ciddi maneçiliklər törətmələri zaman-zaman gündəmə gəlib. 

İqtisadi böhranın getdikcə dərinləşdiyi Azərbaycanda problemi aradan qaldırmağın yollarından biri də kənd təsərrüfatının inkişafıdır ki, buna da mane olan qüvvələr sırasında icra başçıları öndə gedir. Gerçəyi ölkə iqtidarı da bilməmiş deyil. 
Ulus.Az
loading...

Xəbər lenti