loading...
loading...
Çàãðóçêà...

"Həyat yoldaşım bu hadisədən sonra qayıdıb dedi ki, məni kiminsə yanında alçaltma!" : Murad Dadaşov

O, Azərbaycan şou-biznesinin ən məşhur simalarından biridir, o, bu meydanda olan kanonların yaradıcı və istiqamətvericilərindən biridir, ölkəmizdə baş tutan ən nüfuzlu layihələrdə onun adı öndə gedir. Amma o karyerası boyu məmurlaşmadı, media və sadə tamaşaçısından uzaqlaşmadı. Elə buna görə onu hər kəs sevir. O, bizim sevimli dostumuz, şən və hazırcavab oğlan Murad Dadaşovdur.

Bu gün ömrünün 39-cu baharını salamlayan əməkdar artist Murad Dadaşovun müsahibəsini təqdim edirik.

- Xoş gördük Murad bəy. Çox şadıq sizi görməyə.

- Mən də şadam, ürəkdən sevinirəm ki, nəhayət gəlib çıxdınız.

- Sizdə hər zaman yumor hissi belə yüksək olur?

- Yox, gecə rahat yatanda onda narahat oluram, amma gecə ki narahat yatdım səhər bütün günü deyib gülürəm (gülür). Belə birtəhər xasiyyət var məndə. Mən gecələr çox pis yatıram, çox az yatıram və bu yaxınlarda həmişə axtardığım bir sualın cavabını tapmışam. Bu günlərdə bir şəxs mənə dediki, bəs sən bilmirsən ki, pis yatan, yuxusunu almıyan insan həmişə kökəlir. Dedim şükür İlahi, mən nəhayət ki, bunun səbəbini tapdım. Demək səbəb yemək deyilmiş, düzgün qida deyilmiş, sən demə gecə normal yatmamaqdı. Bu, çox pis, böyük bir problemdir mənim üçün amma mən artıq öyrəşirəm. Çox düşünürəm, çox fikirləşirəm.

- Çox düşünən, çox işləyən, intellektual səviyyəli, yumor hissi güclü olan insanlar, eyni zamanda ziddiyyətli insanlar olurlar. Bununla razılaşırsız?

- Razıyam, bəli. Bir gün ərzində əhval-ruhiyyəm bəlkə də on dəfə dəyişir. Misal üçün planlar qurulur, köməkçim gəlir deyir ki, axşama filan plan var, hazırlaşırıq və son anda deyirəm ki, bilirsən nə var, mənim əhval-ruhiyyəm yoxdu, ora gedə bilməyəcəm və qəflətən hər şey dəyişir. Bir az çətindir, amma öyrəşəndən sonra normaldı. Hesab edirəm ki, həyatda rahat insanam. Özüm nə qədər ziddiyyətli olsam da, bu, qarşı tərəfə elə də yansımiı. Yəni, insandan, tərəfdaşdan heç vaxt fövqəladə bir şey istəmərəm və kiməsə nəyisə xahiş edirəmsə, kimləsə nəyisə danışıramsa, onun gücünü bilirəm, bilirəm bu adam nəyə qadirdi və gücündən artığını da istəmərəm heç vaxt.

- Nə qədər iddialı insansınız?

- Kifayət qədər iddialıyam, yəni sağlam düşüncə tərzi çərçivəsində iddialıyam. Mən iddialı olmasam, bəlkə də mənim kimi bir insan batardı. İnsan iddialı olmasa, özünü sübut edə bilməz. Hər şeyin əlasını, mükəmməlliyi sevirəm. Yəni, bir iş sona qədər yüksək səviyyədə həyata keçməlidi, O deyirlər e yarım hamilə insan, yarım hamilə olmur axı.

- Murad Dadaşov formulu həyatda öz gücünə, öz bacarığına yüksək nailiyyətlər əldə etmək mümkün olduğu nümunəsini təqdim edib.

- Vallah, billah, mən də istəyərdim. Bu yaxınlarda elə bu haqda danışırdım. Deyirəm ki, vallah mən də istəyərdim müəyyən şeylərdə adam rahat olsun. Həyatda çox çətinliklərlə qarşılaşmışam, müəyyən məqamlar çox çətinliklə əldə olunur. Misal üçün, çox adam olur da xaricdə olarkən, əyləncə məkanlarına, kazinoya gedir. Mən heç vaxt kazinoda oynamamşam və oynamaq fikrində də deyiləm. Ona görə ki, heç vaxt uşaqlıqdan boş pulum, param olmayub. Həmişə nə qazanmışamsa onun mütləq şəkildə xərci olub.

- Hər şeyə hesabınız olub.

- Bəli, hərdən öz övladlarıma baxıram, böyük oğlumun bu yaxınlarda 16 yaşı oldu, məsəl üçün anası, həyat yoldaşım deyir ki, yox olmaz filan yerə getməsin, mən deyirəm yox qoy getsin, qoy hər şeyi duysun, hər şeyi hiss eləsin, ona görə ki, müəyyən məsələlərdə mən o yeniyetməliyimi yaşamamşam. Gənc yaşlarımdan belə çalışırdım. Ona görə ki, iddialıydım. Atam mənə dedi ki, bilirsən nə var sənə mənim verəcəyim bir avtomobil var, hər ikinizə sənə və qardaşına Jiquli-06, gücüm buna çatır bala. Bir də bir mənzilimiz var, Allah qoysa böyüyərsiz, evlənərsiz necəsə paylaşdıraram. Mən o anda belə minnətdarlığımı bildirdim və dedim çox sağol, olarmı mən gedim, yəni özüm nəsə eləsəm xətrinizə dəyməz ki sizin. Ailəmizin içində şükür Allaha həmişə münasibətlər belə sivil və kifayət qədər açıq olub. Atam incəsənət adamı deyil, anam piano müəlliməsidi, amma deyim belə bizi sərbəst buraxıblar, yox. Çox sərt, çox nəzarətli, heç bir kənar yerlərə getməzdik, həmişə nəzarət vardı ailəmizdə. İndi təəccüblənirəm, 16 yaşımda mən KVN-nin ulduzlarından biri idim. Oğlum indi mənə desə ki, mən KVN-ə qoşulmuşam gedirəm xarici ölkəyə, mən qadağa qoyaram ki, hara gedirsən, kimlə gedirsən. Hələ dövr dəyişib e. Məni o vaxt atam sərbəst buraxıb, təəccüblənirəm indi onun haqqında. Çümki, kifayət qədər sərt bir insan məni tək buraxdı, dedi get. Bir müddət ailə vəziyyətimizdə kifayət qədər maddi çətinliyimiz var idi, demirəm ki biz çox yoxsul bir vəziyyət idik yox, amma atam uzun illər yüksək vəzifələrdəydi bir anda işi zəiflədi, biz çox çətinliklə yaşıyırdıq. O anda belə məcbur eləmədi məni get işlə, ailəni dolandırmaq lazımdır. O dedi ki, bu, yaxşı yoldur, baxmayaraq ki, mən yenə deyirəm atam kənar idi bütün bunlardan, amma o, başa düşdü ki bu, mənim yolumdu və bu yolda kifayət qədər uğur qazana bilərəm. Və mən bu yolla gedərək gəlib müəyyən zirvələrə çıxdım. Yəni, mən həmişə hesab edirəm ki, uşaqların böyüdüyü mühit çox vacibdi, onu heç vaxt qaytarmaq mümkün olmayacaq və o anda zamanı düzgün dəyərləndirmək lazımdı. Həmçinin çalışmaq lazımdıki o mühiti şəffaf, sağlam saxlayasan.

- Çətin dönəmlər yaşadığıniz vaxt siz instituta qeəbul oldunuz. Həmin fakültəni özünüzmü seçdiniz?

- Mən qəbul olduğum vaxt test imtahanları yeni keçirilirdi. Orda qeyd edirdim bir-bir ixtisasları, mən də hazırlaşırdım nə bilim İqtisad Universtitetinə filan. Birdən atam gəldi dedi ki, bilirsən nə var, orda ixtisaslar sırasında ekologiya var, bu, çox perspektivli bir sahə olacaq. Atam çox düşüncəli insandı, çox maraqlı fikirləri olur həmişə. Dedim ekologiya nədi, mən gedib bağbanlıq edecem? Dedi yox, sənin başın çıxmır oğlum, sən yaz onu, dedim ata mən yazmıram, dedi səndən nə gedir yaz da. Mən yazdım İqtisad Universtitetinin fakültələrini və sonda ekologiya fakültəsini yazdım, Bakı Dövlət Universtitetinin ekologiya fakültəsini. Təsadüfən də düşdüm bu fakültəyə, sən demə bu heç ekologiya fakültəsi də deyilmiş, coğrafiya fakültəsi imiş. Coğrafiya fakültəsinin ekologiya kafedrası var idi. Mən də incəsənət adamı, hamı məni tanıyır, dostlarım hamsı nə bilim hüquq fakültəsi, şərqşünaslıq, tarix, filan, məndə gəlib düşmüşəm coğrafiya fakültəsinə. Korpuslarımız ayrı-ayrı idi, mən də hər dəfə qaçıb gəlirdim dostlarımın yanına. Bir ili elə oxudum, başa düşdüm ki, bu sahədə irəliləyə bilmərəm və keçdim mənə həmişə yaxın olan psixologiya fakultəsinə. Fikirləşirdim ki orda yazı-pozu işi az olacaq, nə bilim hesablamalar-filan olmayacaq, orda yalnız danışıqdı, danışığın da atasıyam mən və keçid imtahanlarını verdim, gəldim düşdüm ora, bəxtimdən də mənim keçdiyim qrupda 25 qız var idi, bir dənə də oğlan mən. Dedim, İlahi sənə qurban olum sən dualarımı eşitdin. (gülür) O vaxtdan belə, həmişə iddialı olmuşam. Sadə, kök, balaca oğlan idim, bir yerə gələndə həmşə gözəl insanları görəndə həmişə valeh olurdum onlara, yəni həyatda gözəllik axataranam hər zaman. Hətta bizim ofisdə də həmişə işcilərimizi seçəndə, dəvət edəndə çalışmışıq gözəl insan olsun, yəni xarici gözəlliyi bir kənara daxili gözəlliyi varsa, dərhal biruzə verir. Burda bir dənə eybəcər ola bilər o da mən. Mən hər zaman çalışmışam ki, maraqlı olum, ola bilsin ki, məktəbdə kifayyət qədər utancaq bir insan idim amma həyat elə gətirdi ki, KVN məktəbi keçdim, dayanmadan üzərimdə işlədim, müəyyən layihələr və o məqam yetişdi ki, çox məsuıiyyətli layihələr mənə həvalə olundu. Bakı Olimpiya Stadionu auditoriyası qarşısına çıxdım. Həm İslam Oyunlarının açılışında, həm Avropa Oyunlarının açılışında, Baku Kristal Hall-ın səhnəsinə çıxan ilk aparıcı mən idim.

- Bildiyimizə görə bu yaxında yeni layihəyə start vericəksiniz.

- "Davam ya tamam" bu gün Azərbaycanda yeganə lisenziyalı layihədi, dünya şöhrətli ENDEMOL SHİNE şirkəti var, o qədər böyük bir şirkətdiki düşün ki, büdcəsi bizim ölkənin büdcəsi qədər bəlkə də bir az çox. Çox mühüm bir televiziya şirkətidi, yəni televiziya məhsulu buraxırlar, dünyanın bütün kanallarında işliyillər bir prodakşın olaraq. "Survivor"lar, digərləri hamsı ENDEMOL-a aid olan layihələrdi. Biz bu şirkətin layihəsini həyata keçirdik, hətta regionda nümayəndəliyini əldə edəcəyik. İnşaallah bu yaxın müddətdə mən sizi sevindirəcəm, elə bununla bağlı səfərlərim olacaq.

- "Survivor" kimi layihə təqdim etmək istəyərsizmi?

- Mən istəyərəm, sadəcə bizdə televiziyaya ayrılacaq pullar o dərəcədə deyil. Bizim televiziyamızı dünya televiziyasından fərqləndirən bir və ən vacib cəhət var. Azərbaycanda televiziya kanalları, televiziya məhsullarını prodakşınlardan puldan almıllar. Pul yoxdu ödəyəcək dərəcədə, əksər hallarda prodakşınlar özləri pul verirlər. Yəni bu, istənilən dünya istehsalçısıyla bizim dialoqumuzun sonu deməkdir. Yəni düşünün ki, dükana gəlirsiz hansısa bir marketə gəlirsiz bir şey almaq üçün sizə deyirlər ki, yoxdu bu məhsul gedin tapın gətirin qoyun bura, yəni çoxdu çətinliklər və mən təəssüflə qeyd etməliyəm ki, bu yaxın müddətdə də bu düzəlmək ehtimalı çox azdı.

- "Maşın" realiti şou ən çox müzakirə olunan layihələrdəndir. Zaman-zaman həm iştirakçılar, həm digər şəxslər tərəfindən müəyyən tənqidi fikirlər səslənir. Murad Dadaçovsa heç vaxt tənqidlərə sərt reaksiya vermir.

- Bu yaxınlarda anamın səhhəti ilə bağlı problemlər yarandı, mən gəlib məsəl üçün cərrahla danışıb ona nə isə izah etməyə çalışanda bir anda başa düşdüm ki, mən düzgün etmirəme. Mən iş sahibi olan adama, savadlı insana tam mənim üçün qaranlıq olan bir mövzuda nə bilim dərs demək isdiyirəm, istiqamət vermək isdiyirəm, bu adam öz işinin peşəkarıdı deyə gəlib burdadı. Ona görə də deyillər e tənqidə mən cavab vermirəm, mən kimlərdənsə çox özümə qarşı tənqidi yanaşıram həyatda.

- İş varsa tənqid də varda.

- Əlbəttə, amma tənqidi də hər adamdan qəbul etmirəm. Ona görə ki, hesab etmirəm ki, bu insanın belə deyim savadı bu sahədə kifayətdi ki oturub məni tənqid etsin. İkincisi bizim şou-biznes adamlarını tanıyırsız da, kim razılaşar ki, onu aldatsınlar, düşünün ki maşının əhəmiyyəti qalır bir kənara bunların status mübarizəsi başlayır. Onlar razılaşarlarmı ki, Murad Dadaşov özü idarə etsin, atsın kimisə çölə və bunu bilə-bilə 15 sürət gəlib dalbadal iştirak etsinlər bu şouda. Hər bir yalanın 40 gün ömrü var. Yəni, yalan varsa geci-tezi açılacaq. Mənim özümü çağırsalar maşın şouya mən bilmirəm özümü necə aparardım orda, mən bacarardımmı, ola bilsin ki mən bacarmazdım, bəlkə də yox, axıra kimi çıxardım. Amma yenə də deyirəm, iştirakçılar müxtəlif sözlər də deyə bilərlər, müxtəlif fikirlər söyləyə biləllər, amma hər dəfə maşın şou başlıyanda elanı gedəndə mənim telefonumda hamsının xahiş mesajları var ki, məni də götürün də, nə olar mən də bu dəfə iştirak edim və bu varsa hamı da bilir ki maşın realiti şousuna düşmək nə pulla, nə tapşırıqla mümkün deyil. Mən şəxsən özüm hamını bir-bir dəvət edirəm, mən açıq sizə deyim, burda ödənişli sisten edə bilərdim rəsmi və ya qeyri-rəsmi, inanın mənə ki, hər kəs çıxarıb ürəyim istədiyi pulu verərdi, mən bunu eləmədim. Mən indiyənə qədər tamaşaçı yerlərini pulla satmamşam, ora hamı dəvətnamə alıb gəlir. Bu pulla satılan bir şeylər deyil və kimsə gəlib deyəndə ki orda nə bilim ədalətsiz oyun gedir bu, ya o qapıdan keçməyib və ya orda özünü düzgün aparmıyıb, qapının istiqamətində də yola salıblar onu. Digər tərəfdən vacib bir məsələ də var.

Hərdən deyirlər ki, fikir verin də, filan şeyləri yığışdırın, mənim öz tərbiyəm var, mənim öz ailəm, övladlarım bu verilişə baxa bilər. Mən KVN məktəbini kemişəm, dahi Heydər Əliyevin qarşısında çıxış etmişəm. Orda olan elə məqamlar var ki, efirə versək mən olacam Azərbaycanın bir nömrəli, ən maraqlı, ən gözlənilməz televiziya siması. Onu edə bilmərəm. Demirəm e, orda təərbiyəsiz nələrsə olur. Sadəcə hər kəs əsəbi halımızda nalayiq kəlmə işlədə bilər. Daxili tərbiyəm imkan verməz bunu etməyə. Dava olanda onları sakitləşdirməyə çalışıram ki, bu qalmaqal oyunu deyil, strateji oyundu, ağıl oyunudu, intelektual oyundu.

- Bu gün bir sıra arzuolunmaz halların sosial şəbəkələrdə təbliği genış yayılıb.

- Belə deyim, əvvəllər çox sərt tənqid edirdim cinsi azlıqları, sonra fikirləşdim bu hardasa düzgün mövqe deyil, bir ara dedilər bu xəstəlikdi. Bunu qoyaq bir kənara, indi cinsi azlıqları, tənqid etmək ya təhqir etmək Avropada cinayətə bərabər sayılır.

 

Norveçdə, Skandinaviya dövlətlərində təhsil proqramında belə bir istiqamət var ki, uşağın hansı cinsə mənsub olduğu aşıqlanmır, 1-ci sinifə deyilmir ki, sən oğlansan ya qız, deyirlər ki sən insansan, 5-ci sinifdə özün seçərsən qız, ya oğlansan, sənə hansı daha yaxındı. Mən yayda Karib adalarında istirahət edirdim, həyatımda ilk dəfə gördüm ki, üç sanitar qovşağı var, qadın, kişi və transgenderlər üçün, özünü ya qadın ya kişi hesab etməyənlər üçün. Bunu görəndə başa düşürəm ki, həyat bizi təəccübləndirməyə yorulmur.

Bu hamısı texnologiyalardı, siyasi-ictimai texnologiyalardı. Qərbdən bizə gələn meyarlardı. Ona görə də müəyyən şeylərdə Avropalaşma məsələsini şübhə altına qoyanda mən bu gün razıyam çox adamlarla, hətta siyasi xadimlərlə razıyam ki, ola bilsin ki Avropanın müəyyən dəyərləri var ki, bizə uyğun deyil.

Niyə Yaponiya dünya prinsplərini qəbul etmir, öz cəmiyyətini yaradıb. Bir çox Avropa ölkələrinin prezidentlərinin övladları yoxdu. Bu insanlar digər prinsiplərlə yaşayır. Onları qınamaq olmaz, onlar inkişafın 300-pilləsindədi, biz haradasa 15-ci, 25-ci pillədə. Nə yaxşı ki, bizim dinimiz, dilimiz, dəyərlərimiz var.

- Allaha inanırsız?

- Əlbəttə, inanmasam, həyatda mənə çox çətin olardı. Hadisələrin səbəbini başa düşməzdim. Mənim prinsipim odur ki, "Səndən hərəkət məndən bərəkət"- məsələsi var. Sözümün canı odur ki, Allah o şəraiti hər kəsə yaradır. İnsan özünə tələbkar olmalıdır. İddilı deyəndə bunları nəzərdə tuturam. Kifayaətlənmirəm, fəxri ad aldım vəssəlam, oturum yerimdə, yox, yenə də yalnız irəli, yeni işlər, yeni layihələr haqda düşünməlisən.

- Böyük uğurlarən arxasında müəyyən qurbanlar durur deyirlər.

- Şəxsi həyatımı qurban vermişəm, uşaqlara kifayət qədər vaxt ayıra bilmirəm. Bu mənimçün önəmli problemlərdən biridir. Bilirəm ki onlar tez böyüyəcək, artıq o illər olmayacaq, mən özüm də həmin yaş dövrümdə demək olar ki, valideynlərimdən uzaqda olmuşam, xarici səfərlərdə oldum.

- Uşaqlar daha çox nə istəyirlər sizdən?

- Məsəlçün onların ad günləri olanda soruşuram ki, nə istəyirsiz, nə alım sizə, deyirlər ki, telefonu qoy kənara bütün günü bizlə bərabər keçir. Onlar bilirlər ki, mən olan yerdə nəsə maraqlı, qeyri-adi bir şey baş verəcək, bayram olacaq.

- Bəs xanımınızın evə zaman ayırmamanızla şikayəti olurmu?

- Çox maraqlıdır ki, Murad Dadaşovun həyat yoldaşı çox sakit təbiətli insandı.

- Uğurlarınızda onun rolu varmı?

- Əlbəttə, birincisi biz uşaqlıqdan bir-birimizin tanıyırıq. Bizim 3 yaş fərqimiz var. Mənim 21, Aytənin 18 yaşı vardı biz evlənəndə, bu yolu bərabər keşdik. Əvvəllər çox qısqanc idi. Bir dəfə kiminsə konseti idi, o müğənni gəldi öpüşdü, bu gəldi görüşdü. Evə gəlib mənə dedi ki, Murad bu nədi, sən elə hamıyla görüşürsən, filan. Mən dedim ki, gəl şərt kəsək, bir ay mənimlə bərabər mən hara gedəcəmsə gedək, inan ki, on gün dözmədi. Getdi-gəldi başa düşdü ki, bu qlamur həyat kənardan göründüyü kimi deyil. Bu günün özündə hərdən soruşurlar ki, siz boşanmısınız. Artıq hər yerə tək gedirəm, çünki yoldaşımın təbiətilə uygun gəlmir bu sahə.

- Qısqanclıq bununla da bitdimi?

- Bir dəfə lap çoxdan həyat yoldaşımla bu barədə söhbətimiz olub. Deməli, onun yaxınlarından, rəfiqələrindən kimsə hardasa tədbirdə eşidib ki mənim haqqımda danışılıb ki, Murad belədi-elədi, çox inandırıcı söhbət olub. O da zəng vurub mənim yoldaşıma deyib. Axsam evə gələndə çox təmkinli şəkildə mənə dedi ki, bəs belə sözlər deyirlər ki, sənin sevgililərin var, qızlar, filan, mən dedim ki, ola bilsin də, deyə bilərlər məşhur insanam. Gözləyirdim ki, nəsə tənqid, filan, o, bu. Bir söz dedi, o söz həyatımın sonuna qədər qulağımda olacaq. Çox gənc olmasına baxmayaraq çox müdrik bir söz dedi. Dedi ki, Murad həyatda çox şey ola bilər, çox şəraitlər olar bilər, xahiş edirəm çalış məni alçatma, mən kiminsə yanında özümü alçalmış kimi hiss etməyim. Düzü ondan gözləmirdim bu sözü, başqası olsaydı aləmi dağıdardı, başa düşdüm ki, bu ailədən gələn bir məsələdi, ziyalı ailəsində böyüyən bir adam deyə bilər, çox müdrık insan deyə bilər bunu. O vaxtdan hər an qulağımdadı bu kəlmə.

- Bildiyimiz qədərilə Aytən xanım öz sahəsində çalışır...

- Əlbəttə, işləyir, şərqsünaslıq fakültəsini bitirib türk dili və türk ədəbiyyatı üzrə, hətta elmlər namizədidir, pedaqogika üzrə fəlsəfə doktorudur. Mən heç vaxt məhdudiyyət qoymamışam. Anam bu gün də işləyir, bizim evdə belə qurulub ki qadın mütləq işləməlidir.

- Bu yaxınlarda yeni bir sahədə də Murad Dadaşov imzası olacaq.

- Bəli, ilk dəfə danışıram bu haqda, çox böyük istəklərimdən biri DJ albomu buraxmaqdı. Hazırda bu işlə də məşğulam, DJ albomu hazırlayıram. Haradasa uşaqlarla yığışırıq, partilər olur. Hərdən çox zövqsüz musiqilər səslənir. Deyirəm kim qurur e bu musiqini. Gəldi ona çıxdı ki 1-2 dənə telefonda mikslər etdim, musiqilər seçdim, hamının xoşuna gəldi, qərara aldım ki, bununla məşğul olum, bir xobbi kimi.

Güman edirəm ki, bu sahədə də maraqlı bir iş ərsəyə gətirəcəm.

- Murad bəy, "kaş ki" dediyiniz məqamlar olubmu?

- Əlbəttə, həyatımda uşaqlıq dostlarım var ki, deməzdim münasıbətlər soyuyub, o anda vaxtım yox idi onlarla çox vaxt keçirim, elə insanlar var ki? həyatdan gedib, lazımı qədəri vaxt, diqqət ayıra bilməmişəm. Yeniyetməlik cağlarına qayıtmaq imkanı olsaydı, peşəkər səviyyədə bir musiqi janrı ilə məşğul olardım, mütləq şəkildə bir neçə dil öyrənərdim.

- Sonda bir neçə kəlmə də publikanın xəbərsiz olduğu itiniz haqda danışardız.

- Son illər ərzində bu məsələ məni dəhşətli dərəcədə cəlb elədi. İt aldım özümə, adı da Canqo. Soruşanda niyə Canqo, deyirəm canını qoysun bizim münasibətlərə (gülür). Həyatımda inanmazdım ki, nə vaxtsa itimiz olar. Əslində uşaqlıq arzum olub. Amma uşaq vaxtı məni it tutmuşdu və dəhşət qorxurdum itdən. Bunun da maraqlı hekayəsi var və cinsini belə seçdim. Bir dəfə rəhmətlik Anar Məmmədxanovgilin bağında idik. Bir neçə it var idi, biri də bu idi. Çox sakit oturmuşdu, o biriləri hay-küy edirdi, bu isə əsnəyə-əsnəyə sakit oturdu yanımda bütün axşamı. Onda qərar verdim ki, nə vaxtsa it alsam bundan alacam. Sonradan biz həyət evinə köçdük. Dedim artıq vaxtıdı. İsveçrədən aldım, isveçrə cinsidi. İndi evə gələndə, məsəlçün uşaqlar deyir, ay ata bu həftə yaxşı oxumuşam, 5 almışam, deyirəm ardını de, bilirəm ki bunun ardında nəsə var, yoldaşım belə hərdən deyir ki , uşaqlarla vaxt keşırmirsən filan. Yeganə varlqdır ki, təmənnasız yalnız sevgi və diqqət istəyir. Yoldaşım kimləsə danişanda belə deyir ki, Murad xaricdən zəng vurub soruşur ki, necədi mənim oğlum, deyir hansı oğlun, deyir 4-cü oğlum. Onu yeməyi, dərmanı vaxtlı vaxtında olmalıdır. Dəlicəsinə bağlanmışam itə, onu həkimə özüm aparıram, amma uşaqları bu günə kimi həkimə aparmamışam. lent.az

loading...

Xəbər lenti

Загрузка...