loading...

"Heç kəs bilmirdi ki, mən gecələri..." - Məleykə Əsədovadan ETİRAF

Xalq artisti Məleykə Əsədova "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olub.
Veriliş zamanı xalq artisti keçmişdə çəkdiyi əziyyətlərindən danışıb. O, bildirib ki, on yeddi yaşında atasını itirib və hər şey də bundan sonra başlayıb:
"Mən məktəbə tez getdiyim üçün tez də bitirdim. On yeddi yaşımda universitetə qəbul oldum. Elə həmin il də atamı itirdim. O ilə kimi əziyyət nədi bilməmişik. Çünki atam hər şeylə təmin edirdi. Artıq birinci kursda oxuyurdum. Səhər universitetə gedirdim, bütün dərslərimə cavab verirdim. Həm də çox yaxşı oxuyan olmuşam. Axşam tez qaçırdım rayona, qadın toylarına. Heç kəs bilmirdi ki, mən gecələr toylarda olub pul qazanıram gündüzlər də dərsə gedirəm. Bunu heç anam da bilmirdi. Ümumiyyətlə mən çəkdiyim əziyyətləri kiməsə bildirməyi xoşlamıram. Belə əziyyətlərlə qəpik-qəpik pul yığıb 25 kvadrat metr sahəsi olan ev aldım. Öz evim olduğuna görə elə sevinirdim ki… İndi insanlar deyir, sənət adamıdır, nəyi yoxdu ki?! Amma vallah elə deyil, biz əziyyətimizlə bu yerlərə gəlib çıxmışıq. Mən hər şeyi sənətimlə qazanmışam. Deyirlər Məleykəyə evi flankəs alıb. Amma qətiyyən elə deyil. Bu gün mən necə görünürəmsə, eləyəm. Həyatda da ən böyük dəstəkçim anam oldu".Big.az 

Xəbər lenti