loading...

Hansı hallarda ödənilmiş aliment məbləği geri tələb oluna bilər?

Hansı hallarda ödənilmiş aliment məbləği geri tələb oluna bilər?
Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, alimentin geri qaytarılması yolverilməzdir. Lakin bəzi istisna hallar mövcuddur.

Aşağıdakı hallarda alimentin ödənilmiş məbləği geri tələb oluna bilər: 1) Aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə;

2) Məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda;

3) Aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Big.az

Xəbər lenti