loading...
loading...

Gənc sahibkardan ölkə başcısına – Açıq Müraciət

Gənc sahibkardan ölkə başcısına – Açıq Müraciət

Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev Cənablarına açıq müraciət

<

Mən Mikayıl Mirzəzadə İlqar oğlu rəsmi qeydiyyatdan keçmiş Azərbaycanın ən gənc sahibkarlarındanam. Bir neçə istiqamət üzrə sahibkarlıq fəaliyyətimiz var. Təəssüflər olsun ki, son günlərdə haqqımda əsassız, qərəzli və sifarişli yazılar dərc olunaraq sosial şəbəkələrdə mənbəsi bəlli olmayan internet resursları tərəfindən paylaşılır.

Hörmətli cənab Prezident haqqımda yazılan əsassız məlumatlara səbəb isə təsisçisi və rəhbəri olduğum Hokm.az xəbər portalında dərc olunan məmurların və onların törətdikləri qanunsuzluğlarla bağlı məqalələrdi. Sizin dəfələrlə jurnalistlərlə görüşlərinizdə və çıxışlarınızda qeyd etdiyiniz Jurnalistlər mənim dostlarımdı ifadəsinə arxalanaraq bizi ictimai nəzərətə çağırışınızdan sonra fəaliyyətimizi gücləndirməyə və sizi müxtəlif sahələrdə baş verən hadisələrdən məlumatlandırmağa çalışmışıq. Hər bir zaman çağırışınızı əldə rəhbər tutaraq ölkəmizin ümumi inkişafını və tərəqqini təmin etmək bu mənada məmur özbaşnalığına son qoymaq üçün həqiqətləri işıqlandırmışıq. Portalımızda yayınladığımız yazılarda məqsəd kimisə qaralamaq, gözdən salmaq, qərəz və ya hər hansı bir sifarişli yazını dərc etmək, təmənna güdmək olmayıb. Dərc etdiyimiz yazılarla bağlı nə hüquq mühafizə orqanlarına, nə məhkəmə və ədliyyə orqanlarına, nə də Azərbaycan Mətbuat Şurasına müraciət olunmayıb. Bu fakt özündə sübüt edir ki, biz fəaliyyətimizdə yalnız şəffaflığı və sizin dəfələrlə elan etdiyiniz İctimai nəzarət funksiyasını öz üzərimizə götürmüşük. Buna baxmayaraq təəssüflə qeyd etmək istərdim ki, bizim bir çox sahələrdə fəalliyətində ciddi nöqsanlar olan qurumların qanunsuz əməllərinə işıq salmağımız onları narahat etməyə və qeyri qanuni-bu kimi yollarla etdiklərini gizlətməyə çalışmışlar.

Sizdən istəyim və xahişim hüquqlarımın bərpa olunması şərəf və ləyaqətimi, işgüzar nüfuzuma xələl gətirən, şər, böhtan xarakterli məqalələrin yayılmasında iştirak edən, onları maliyələşdirən məmurların, eləcə də kiber-cinayətkar dəstənin aşkarlanaraq qanun qarşısında cavab vermələrinin təmin olunmasıdır.

Hörmətlə Mikayıl Mirzəzadə İlqar oğlu

Saxta xəbərin internet adresi ( https://telegra.ph/İlin-ən-gənc-reket-jurnalisti-kimdir-FOTO-10-30? )

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, "Heydər Əliyev Fondunun” Prezidenti, YUNESKO və İSESKO-nun xoşmərəmlı səfiri, Azərbaycan Respublikasının Birinci xanımı, hörmətli Mehriban Xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi
Ələsgərov Fuad Murtuz oğlu

Surəti: Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Həsənov Əli Məhəmmədəli oğlu

Surəti: Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi
Qasımov Azər Məhəmməd oğlu

Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Məmmədəliyev Yusuf Ülfət oğlu

Surəti: Azərbaycan Respublikasi Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi General-polkovnik Axundov Vaqif Əlibala oğlu

Surəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağı oğlu Nağıyev

Surəti: Azərbaycan Respublikasının Baş prokuroru Zakir Bəkir oğlu Qaralov

Surəti: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Namiq oğlu Quluzadə

Surəti: Azərbayсan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Eyvazov Vilayət Süleyman oğlu

Surəti:Azərbaycan Mətbuat Şurası sədri
Əflatun Amaşov – a

Saxta xəbərlərin fotoları :

 


 


 


loading...

Xəbər lenti