loading...
loading...

Fədayə Laçının azadlığa çıxacağı gün - AÇIQLANDI

Fədayə Laçının azadlığa çıxacağı gün - AÇIQLANDI

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın cəza müddətinin 2 il azaldılmasını sevinclə qarşılayıb.

kokteyl.az bildirir ki, bunu azvision.az -a açıqlamasında müğənninin vəkili Nurəngiz Qarayeva deyib. Onun sözlərinə görə, F.Laçın oktyabrın 30-da azadlığa çıxmağa hazırlaşır.

"Biz ötən həftənin 5-ci günü görüşdük. Fədayə xanım azadlığa çıxacağı üçün çox şad idi. Yəni, bir sözlə təəssüratları yaxşı idi".

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində saxlanılıb. Keçirilən əməliyyatla Etibar Məmmədov məhv edilib, Əli Ağami isə ələ keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sentyabrın 30-da F.Laçının apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə yekun qərar elan edilib. Qərara əsasən, onun cəzası 2 ilə endirilib.

loading...

Xəbər lenti