Evliliyinin altıncı ayında şəhid olan pilot - Əbu Bəkirin həyat hekayəsi

23 Aprel 2017, 14:00
23 Aprel
2017
14:00
2809
Əbu Bəkir İsmayılov 1990-cı ilin 10 fevral günündə Kürdəmir şəhərində anadan olub. Ailədə iki övladdan biri olan Əbu Bəkir ilk övlad olduğu üçün hamının sevimlisi olur. 1996- ci ildə 1-ci sinifə gedən Əbu Bəkir elə uşaq vaxtlarından hərbiyə marağı ilə seçilir. Uşaqlıqdan yaranan bu maraq Əbu Bəkiri ilk addımlar atmağa vadar etdi. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olan gənc Əbu Bəkir bununla da uşaqlıq arzusunun ilk pilləsinə çatır. 2008-ci ildə həmin liseyi bitirir. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olur. Ali Hərbi təyyarəçilik məktəbini bitirdikdən sonra hərbi hissələrin birində xidmətə başlayır.
Gənc baş leytenant ailə həyatı qurmaq üçün özünə bir qız da seçir. 2015-ci ilin avqustunda gənc pilot ailə həyatı qurur. Amma təəssüflər olsun ki, bu gün Əbu Bəkrin nişanəsi olacaq bir övladı yoxdur.
Qəhrəman pilotun səmada son uçusu...
Baş leytenant Əbu Bəkir İsmayılov da digər şəhidlərimiz kimi apreldə adlarını qızıl hərflərlə tarixə yazdıran igidlərdən oldu. Düşmənin torpaqlarımıza hücumu zamanı o da qisas hissi ilə ön cəbhəyə can atanlardan idi. Axı, qisas almaq onun kursant illərindən ən böyük arzusu idi. Səngərlərimizə hücum edən düşmənə layiqli cavab verən qəhrəman pilotumuz mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü. Bununla da Əbu Bəkr adı tarixin yaddaşında böyük hərflərlə yazılanlardan oldu. Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Əbu Bəkr İsmayılov meyxanaya, şeir yazmağa xüsusu həvəsi də olub.
Məhəbbət gözlərdən axan yaş deyil
Süzülüb yanaqda quruya sonda
Sevgi dəryasına saldınsa meyl
Çıxmağı düşünmə quruya sonda.
Çıxma ki quruyar dəryanın özü
Sevgidən nə əsər əlamət qalar
Acı göz yaşına qərq edər bizi
Yerində acı bir həqiqət qalar.
Sevgi! Bu sözün altında dünyalar qədər
Arzular,istəklər,ümüdlər yatır
Əlimiz heç nəyə çatmasa əgər,
Bu saf məhəbbətə,sevgiyə çatır
Simsiz tar kimidir sevgisiz həyat
Birində səs yoxdur birində məna
İnsanı sevərək yaradıb Allah
Sevilib yaranıb bu qoca dünya.
Müəllifi Əbu Bəkir İsmayılov olan bu şeirdə o məhəbbəti öz sözləri ilə açmağa çalışıb.
Qəhrəman pilotumuz haqqında onun hərbi məktbədə müəlliməsi olan Flora müəllimə böyük fərəhlə danışır. Flora müəllimə Əbu Bəkirlə bağlı bir hadisədə bu günə kimi özünü bağışlaya bilmir.
"Əbu Bəkir mərd, məsuliyyətli, vətənini, xalqını sevən bir kursantım olub. Özü də çox məsuliyyətli oğlan idi. Bir gün kimya dərsi zamanı sinfə daxil olan kimi Əbu Bəkr ayağa qalxıb dedi : "Ürəyimə Qarabağ haqqında duyğular gəlib onu şeir formasında olarmı deyim?” Mən əvvəl meyxana formasında olduğu üçün etiraz etdim.Lakin o əl çəkmədi. Dedi: "müəllimə, şeiri deməsəm ürəyim partlayar.” Axır ki, razı oldum. Çünki kimya dərsi idi. 4 bənddən ibarət bir şeir meyxana formasında məni çox kövrəltdi.Özümü saxlaya bilməyib, ağladım. Əbu Bəkrin o vaxt hələ 16 yaşı vardı.
Mən ona dedim ki, sənin ürəyində Qarabağ alovlanır. Cavabında dedi: "Müəllimə, Qarabağ yanır ürəklərdə onun söndürən biz olmalıyıq.”
Martın 31-i axşam mənə yazdı ki, " müəllimə, sizi elə istərdim görəm. Gəldim tapa bilmədim. Deyəsən, həmin gün dərsdə deyildiniz. Sizə deyiləsi sözüm var idi. ” Həqiqətən mənim o gün dərsim yox idi. Çox təəssüflənirəm ki, sevimli kursantımı son dəfə görə bilmədim. Yəqin deyəcəkdi qisas vaxtı çatıb.
Mənə çox ağırdı onun haqda danışmaq. Anası kimi hər dərdini mənimlə bölüşürdü. "Mənim ikinci anamsız” deyirdi. Bu gün də Əbu Bəkir mənim üçün yaşayır.
Flora müəllimə sevimli kursantının şəhid olduğu günü belə xatırlayır:
"Aprelin 2-i günü mənə mesaj gəldi. Açdım, telefonu baxdım ki, Əbu Bəkirin şəkli vertolyotun üzərinə vurulmuşdu. İlk anda nə baş verdiyini anlamadım. Şoka düşdüm. Sonra yadımda heç nə qalmayıb. O günü xatırlamaq istəmirəm. Əbu Bəkir mənim xatirəmdə kursant illərimin sevimlisi kimi qalıb və qalacaq da. Şəhidlər ölmür...” Yekunxeber.az
Xəbər lenti
-
15:02Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR
-
10:28Azərbaycanda bələdiyyə sədrinin oğulları həmkəndlilərini ölümcül bıçaqladı - FOTO
-
10:26Səxavət Məmmədovun Amerikadakı yadigarı və heç yerdə görmədiyiniz həyat yoldaşı-FOTO
-
10:00Toyuq yumurtasından cücə, evdə ikubatoru özünüz hazırlayın: SADƏ,ASAN VƏ UCUZ-Video
-
09:47Könül Kərimovanın oğlunun ÜRƏYİNƏ STEND QOYULDU
-
09:38Aparıcı Azər 3-cü dəfə evləndi: Bu da xanımının FOTOLARI
-
08:54Dövriyyədən çıxarılmış rus pulunun bir əskinasına 2000 dollar verirlər - Foto
-
08:53Xəbərdarlıq edildi: Çörəklə bağlı HƏYƏCAN TƏBİLİ
-
08:53Pensiyası 200 manat olanlar üçün VACİB XƏBƏR - "25 il staj hədiyyə olunacaq" - VİDEO
-
08:52Bu da Mətanət İsgəndərlinin çox gözəl gəlini Canana - FOTOLAR
-
08:45Tələbələrə ŞAD xəbər, bunu hamı gözləyirdi – Video
-
00:51Gediş haqqı artırıldı - Sərnişinlərin nəzərinə!
-
23:48Əhaliyə MÜJDƏ: Bu gözlənilən qərar hamını sevindirəcək
-
23:32Əldən soğan qoxusunun gəlməməsi üçün nə etməli?
-
23:18Bakıda tanınmış şəxsin polkovnik oğlu vəfat etdi - FOTO
-
23:03Zaur küçənin ortasında Günayla rəqs etdi - video
-
22:28Kişilərə şad xəbər: Bu qadınları axtarın, onlar kişilərə ancaq uğur, pul gətirir
-
22:03"Həcər qızını qorumaq üçün öz qohumu Həmzə kişi ilə ailə qurub" - Qaçaq Nəbinin kötücəsi
-
21:46Şərq təqviminə görə illərin astroloji proqnozu - SİÇAN ili necə keçəcək?
-
21:18SON DƏQİQƏ: Azərbaycan xalqı üçün çox vacib, sevindirici xəbər, 1 ay qaldı...-RƏSMİ
-
20:27Amerikalı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi
-
19:22Könül Kərimova qızına EV HƏDİYYƏ ETDİ - Səbəbi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
-
18:53Prezidentdən icra başçısı barədə SƏRƏNCAM
-
18:30SON DƏQİQƏ: Bakıda 3-cü mikrorayon bazarı yanır - FOTO - YENİLƏNDİ
-
17:28Sosial mediada tanış oldu, görüşəndə isə…- FOTO
-
15:22“Evlilikdən bezib” 4 ərini öldürən qəddar qadın
-
15:17Bu gəlin öz südünü yad kişilərə satır - Səbəbi çox təəccüblüdür
-
15:11Aygünün yeni görünüşünə təriflər yağdı - FOTO
-
14:57Prezidentdən xalqı riqqətə gətirəcək sərəncam- RƏSMİ
-
14:22Varlanmağın 3 yolu - Buna əməl edənlər mütləq zəngin olur
-
14:1312 yaşında ana oldu. Dünya onlardan danışır-İnanılmaz video
-
11:20AĞIR İTKİ ÜZ VERDİ-Daha bir məşhur aktyor QƏFİL dünyasını dəyişdi - FOTO
-
09:23Müəllimlərə və tələbələrə ŞAD XƏBƏR: 2020-ci ildə ...
-
09:22İşləmədiyi müddətdə pul almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
-
09:22Bakıdakı metro istifadəçəlirənə bəd xəbər - “Bakı Metropoliteni”ndən cavab
-
09:21Müavinət, təqaüd, pensiya, maddi yardım alanlara ŞAD XƏBƏR - YENİLİK
-
23:50Minlərlə vətəndaşa ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı
-
22:48İnternetin qiyməti qalxır - Nazirlikdən ŞAD xəbər
-
22:16Bu şəxslərə təqaüd veriləcək – Qərar açıqlandı
-
21:58Bakıda 55 YAŞLI varlı qadın gənc oğlanla sevgili oldu və... BU, İNANILMAZDIR!
14 Dekabr 2019
13 Dekabr 2019
Digər xəbərlər
-
Şəhidim
Tək ananın əldən gedən tək ümidi - Şəhid Əlizaman İslamovun acı HƏYAT HEKAYƏTİ - FOTOLAR
-
Şəhidim
Hərbçimiz şəhid oldu
-
Şəhidim
Özünü ölümə atıb əsgərlərini xilas edən komandir: Elnur Əliyevin həyat yolu - FOTOLAR
-
Şəhidim
Müdafiə Nazirliyindən son açıqlama: Ermənilər yenə neylədi?
-
Şəhidim
Gecənin ən pis xəbəri: 5 əsgər şəhid oldu
-
Şəhidim
Karapetyanın ŞOK PLANI: “Bakını işğal edək və hər şey...”
-
Şəhidim
Naməlum məzarlarla bağlı müraciət - Şəkilləri yaymayın
-
Şəhidim
Ana, uzağı səni şəhid anası edəcəm` – Məhəbbət Mirzəyevin həyat yolu (Sənədli film)
-
Şəhidim
Savaş hazırlığı və SON TOQQUŞMA, üç SSENARİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ