loading...
loading...

Evli qadını qaçıran kişidən amansız hərəkətlər – Sevgilisinin başına oyun açdı

Evli qadını qaçıran kişidən amansız hərəkətlər – Sevgilisinin başına oyun açdı
Sumqayıt Apellyasiya Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

AzadQadin.az "unikal.org”a istinadən xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Ş.Əsədovun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. 

Qeyd edək ki, hadisə 2018-ci ildə Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvəllər məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

Ş.Əsədov Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) və 126.2.3 (qəsdən sağlamlığa ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 16 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
loading...

Xəbər lenti