loading...
loading...
Çàãðóçêà...

Ərlə məşuqəsini ayırır, ailəni möhkəmlədir

Ərlə məşuqəsini ayırır, ailəni möhkəmlədir
Çində boşanma təhlükəsi olan ailələr üçün Sevgi xəstəxanası adlanan ofisdə pullu, fərqli xidmət təqdim olunur.

kokteyl.az milli.az-a istinadla xəbər verir ki, Çində Weiqing Love Hospital ( Sevgi Hospitalı ) adlandırılan məkanda evli cütlüklərin ailəsini dağıtmağa çalışan məşuq və ya məşuqələrdən qurtulmağa kömək edilir. Bu xidmətin adı mistress dispelling (məşuq və ya məşuqədən qurtulma) adlanır. Onun qurucusu Ming Lidir. O, qadınlara ərlərinin yenidən necə diqqətini çəkmək barədə məsləhətlərini verir.

Müşərilərin dediyinə görə, bura xeyli pul xərcləsələr də, ən azından həyat yoldaşlarını itirmirlər.

Shu Xinin dediyinə görə, artıq bir milyona yaxın insan bu xidmətdən istifadə edib.

"Məşuq və ya məşuqə ailələrin ən böyük problemlərindən biridir. Bu, əsasən, ailələrin dağılmasına səbəb olur. Bizim xəyanətin olduğu evlilikləri qorumaq üçün 33 fərqli üsulumuz var. 17 ildir ki, fəaliyyətdəyik".

O bildirib ki, "yuvayıxanlar"dan qurtulmaq üçün əvvəlcə onun başqasına aşiq olmasına, daha sonra isə müdiri ilə danışıb başqa şəhərə köçməsinə kömək edirlər.

O, BBC-nin müxbirinə 29 metod barədə məlumat versə də, iki metodu mediadan gizlətmək istədiyini dilə gətirib.

"Bu, biznes sirridir. Bunu media ilə paylaşmaq istəmirəm".
loading...

Xəbər lenti

Загрузка...