loading...
loading...

Əri, sevgilisi şorgöz olan xanımlara: Bu hiylələrlə onları ideal kişiyə çevirəcəksiniz

Əri, sevgilisi şorgöz olan xanımlara: Bu hiylələrlə onları ideal kişiyə çevirəcəksiniz
Qadın nə etməlidir?

Gəlin etiraf edək ki, donjuanların(Şorgöz kişilərin) əksəriyyəti yaraşıqlı və baxımlı olurlar. Özünüzü onlara uyğunlaşdırmaq istəyirsinizsə, siz də görkəminizə və şarmınıza diqqət yetirin. Kişilər komplimentləri qadınlardan çox sevirlər. Onları pişik kimi tumarlayıb, xoş sözlər ağuşuna alın. Oğlanı özünə bağlamaqdan ötrü «süni gəlincik qız» obrazına girin. Onun qarşısında nazlan və özünü ehtiraslı qadın kimi göstər. Donjuan oğlanı yoldan çıxaran məhz bu tip qızlar olurlar. Unutma, onun dosta yox, əsl qadına ehtiyacı var. «Qadağan olunmuş meyvə şirin olar» prinsipi donjuanın devizidir. Bəs sən nə etməlisən?! Elə onun prinsipi ilə hərəkət et. Onun emosiyasına təsir edən bir hekayə uydur. Məsələn: «Mənim bir rəfiqəmin sevgilisi ona xəyanət edirdi. Sonra isə yalvarıb, ayaqlarına qapanır, üzr istəyirdi. Qız isə günlərini ağlamaqla keçirirdi. Amma bir gün o, oğlana «dərs» vermək üçün «rəfiqəmgildə idim, anamla alış-verişdə idik, işim çox idi və s.» kimi bəhanələr gətirərək oğlanla görüşdən qaçır, telefonlara cavab vermirdi. Sən demə, rəfiqəm də ona xəyanət edirmiş». Əmin ola bilərsiniz ki, sevgilin donjuan olsa da, bu hekayə ona təsir edəcək. O, özünə aid olanı başqasına verməsin deyə, sənə daha çox vaxt ayırmağa çalışacaq. Bu isə sənin qələbəndir!
Əgər o sağalmaz donjuandırsa...

Onsuz yaşaya bilmədiyini və ona ehtiyacının olduğunu göstərmə. Beləliklə, başa düşəcək ki, onun «xəyallarının qadını» məhz sənsən.

UNUTMA:
Donjuanın(Şorgöz kişinin) həyat yoldaşı özünəinanan, baxımlı, ərinə bağlı, ona qeyri-adi sürprizlər edən və səbrli olmalıdır. Əgər kişi evə gec gəlirsə, qadın onu gözləyib, münaqişə yaratmamalıdır. Sakit formada bu gecikmənin səbəbini öyrənməlidir. Tez-tez ona zəng edib, harada olması ilə maraqlanmaq, qadının ən böyük səhvidir. Buqadının zəif olduğunun göstəricisidir.
loading...

Xəbər lenti