loading...
loading...

Əntiq əşyları toplayan adamlar sonda intihar edir -Alimlərdən şok XƏBƏRDARLIQ

Əntiq əşyları toplayan adamlar sonda intihar edir -Alimlərdən şok XƏBƏRDARLIQ
Bionergetiklər bunu belə izah edirlər: İnsanın bütün mənfi enerjisi daban vasitəsilə çıxır və ayaqqabıda yığışıb qalır. Bu ayaqqabını bir başqası geyinərsə, öncəki sahibinin həyatından baş verən uğursuzluqları, xəstəlikləri həmin adama keçir.
Ölmüş insana aid talisman və dini kitabları saxlamaq da təhlükəlidir. Bundan imtina etsəniz daha yaxşıdır.

Nəsildən-nəsilə keçən kitablar da özün də müəyyən informasiya daşıyır. Nəsilə yad bir kəs belə kitabı əlinə götürdükdə, o, həmin nəslin yolunu davam etdirir. Yəni nəsildə baş vermiş yaxşı və pis hadisələrin onun da başına gələ biləcəyi ehtimalı var. Əgər yeni sahib buna razılıq verirsə, o, mütləq qəbiristanlığa gedib, mərhumdan kitaba sahiblənmək üçün icazə almalıdır.

Əntiqçilərin sirli ölümü..

Orijinal və gözəl əşyalar bəzən insanda xoşa gəlməz hisslər yaradır. Onlara baxarkən nədənsə insanı kədər boğur. Belə əşyaları ələ götürən insan soyuqluq və özgəlik hiss edir. Bax bu cür əşyalardan qurtulmaq lazımdır. Ən yaxşı variant isə, onları tullayın.
Köhnə və əntiq əşyaları sevənlər xüsusi ilə ehtiyatlı olmalıdırlar. Çünki əntiq əşyalar çox zaman müharibələr, inqilablar, ailə faciələrinin, qanlı cinayətlərin şahidi olur, bəzən isə bu hadisələrlə bir başa əlaqədə olurlar. Qaranlıq keçmişi olan əşyalar yeni sahiblərinə çox vaxt uğursuzluq gətirir, ailədə və biznesdə problem yaradır. Sağlamlığın pisləşməsinə, hətta ölümə belə yol açır.

Ola bilsin ki, belə kütləvi intihar arxeoloqlar tərəfindən tapılan, güclü lənətlənmiş əşya ilə bağlıdır. Fərziyyələrə görə bu tapıntı bir neçə əşyadan ibarət idi. Və əldən ələ keçərək, sahibini ölümünə aparırdı.

Bir neçə sahib dəyişmiş, ikinci əl paltarlar

Qırıq çatlamış əşyalar.. Ən sevimli fincanınız olsa belə ondan dərhal qurtulun!

Yəqin çoxlarınız eşidib, evdə sınmış və ya çatlamış əşya saxlamaq olmaz. Ola bilər ki, həmin əşya çox bahalıdır və ya sizin üçün mənəvi dəyəri vardır, yenə də bioenergetiklər həmin əşyanı atmağı məsləhət görür. Niyə?
Əşya üzərində olan çat və ya yamaq insanın həyatından olan yaxşı enerjini, həyat sevincini tozsoran kimi sovuraraq, yerində boşluq və sıxıntı buraxır. Uğursuzluqlar isə elə buradan başlayır.

Məsələ ondadır ki, deşik, çat, qırıqlar özündə xoşagəlməz energetikanı saxlayır. Məsələn, insanlar lap keçmişdə şeytan olduğunu düşünərək quyu və yarğanlardan həmişə yan keçərdilər. Bu əşyalara da aid idi. Əgər evdə sınıq, sökük, yamaqlı əşya varsa bu evin mühitinə da təsir edəcək və evin sakinlərinin sağlıq və psixikasını mənfilərlə yükləyəcək.


Köhnə əşyanı bərpa etmək olar və heç kəs bunu görməyəcək. Ancaq heç kəsin gözünə görünməyən pis enerji yamaqlanmış çatın altında qalacaq. Siz nəyisə təmir etməklə ondan gələn pis enerjidən qurtulmursunuz.
Yeri gəlmişkən, sonuncu rus İmperatoru Nikolay II yamaqlı paltar geyinməyi adət halına gətirmişdi. O, bununla heç kəsdən fərqlənmədiyini göstərmək istəyirdi. Bildiyimiz kimi onun həyat yolu faciə ilə bitdi. Ailəsi ilə birlikdə yaşadıqları evin zirzəmisində güllələndi.
Qış və payız fəsilləri, müharibə, vəhşi heyvan və ya acıqlı bir insanın üz ifadəsi əks olunan şəkilləri evdə saxlamamağınız məsləhətdir. Bunlar evin sakinlərinə aqressiya ötürərək, dava-dalaşa səbəb olur.
Yuxarıda ölən şəxslərin əşyalarından danışdıq. Bəs siz bilirdiniz ki, onların rəsmlərini canlı insanların rəsmləri ilə birlikdə saxlamaq olmaz? Divardan asmaq isə sizin üçün lap təhlükəli ola bilər. Odur ki, mümkün dərəcə həmin şəkilləri evin ən qaranlıq yerində saxlayasınız. Çünki, onlar evinizə ölüm gətirə bilər.
Heykəl və büstlərin önündə şəkil çəkdirməyiniz məsləhət deyil. Yox əgər belə bir hadisə baş veribsə, o zaman bu şəkilləri yandırmağınız daha yaxşı olar. Çünki heykəlləri və büstləri çox vaxt söyür və qarğışlayırlar. Bu qarğışların sizə keçməsini istəmirsinizsə, bu tip məkanlarda şəkil çəkdirməkdən imtina edin. Əzik, qüsuru olan şəkilləri də evdə saxlamaq məsləhət deyil.

Evinizi bəzədiyiniz heyvan kəllələri və müqəvvalar sizə və doğmalarınıza bədbəxtlik gətirə bilər. Hətta dənizdən gətirdiyiniz balaca balıq qulağı da sizə ziyan verə bilər.
Gördüyünüz hər yaşıl bitkini evinizdə saxlamaq düzgün deyil. Məsələn sarmaşıq, ala bəzək bənövşə, palma. Bunlar evə söz-söhbət sala biləcək bitkilərdi.

Süpürgələri isə tez-tez dəyişmək lazımdır. Çünki onların üzərində evin bütün mənfi enerjisi toplanıb. Onu saxlayaraq siz evdən ruzi bərəkəti qaçırırsınız.

Bioenergetiklər evimizdə hətta köhnə qəzet və butulkaları da saxlamağı məsləhət görmür. Bunun kasıblığın əlaməti olduğunu düşünürlər.

Ümumiyyətlə evinizdə nə qədər az əşya olarsa, həyatınız bir o qədər uğurlu olacaq. Çalışın yaşadığınız evi əşya və enerji ilə yükləməyəsiniz. Ən əsası isə evinizi və üst-başınızı həmişə təmiz saxlayın. (publika.az) 
loading...

Xəbər lenti