loading...
loading...

Ehtiraslı fotolara görə suçlanan aktrisa: “Qeyrətli kişisənsə, arvadının…” - FOTOLAR

Ehtiraslı fotolara görə suçlanan aktrisa: “Qeyrətli kişisənsə, arvadının…” - FOTOLAR
Cazibədar aparıcı və aktrisa Könül Yusifqızının paylaşdığı fotolar birmənalı qarşılanmayıb.

Açıq-saçıq fotosuna görə bəziləri onu tənqid edib, bəziləri isə onun gözəl bədənindən heyrətləndiklərini yazıblar.

Kokteyl.az bildirir ki,  Yenicag.az-a açıqlama verən Könül qalmaqallı fotolarından danışaraq, tənqidlərə əhəmiyyət vermədiyini bildirib: "Kim nə istəyir danışsın. İnanın ki, fotolarımın altına mənfi rəy yazan kişilərin çoxu evdə arvadından qorxur. İndi hamısının qeyrət damarı tutub. Adama deyərlər get, arvadının qeyrətini çək, mənim dərdimə qalma. Mən sənət adamıyam, aktrisayam, aparıcıyam, fotosessiya etdirmişəm, burada nə var axı? "Şəhrizad gecələri” adı yeni layihəmdir. Bu fotolarda obraza girmişəm və məqsədim heç də bəzi dardüşüncəli insanların düşündüyü kimi bədənimi açıb göstərmək deyil. Belə də ki, gözəl bədən quruluşum var, bununla da bəzilərini yandırıb-yaxıram. Hələ arıqlayıb daha bir fotosessiya etdirəcəm. O fotolar çoxlarını yandırıb-yaxacaq”.
 



loading...

Xəbər lenti