loading...
loading...

Əhaliyə bəd xəbər: Yanvardan BAHALAŞMA başlayır...Çörək...

Əhaliyə bəd xəbər: Yanvardan BAHALAŞMA başlayır...Çörək...
Son zamanlar sosial şəbəkələrdə Yeni ildən sonra kommunal xidmətlərin, benzinin və dolların qiymətində bahalaşmanın olacağı ilə bağlı müzakirələr aparılır. Bir çoxlarını isə bu bahalaşmanın qida məhsullarının qiymətinə necə təsir edəcəyi maraqlandırır.

Kokteyl.az bildirir ki, bununla bağlı BiG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, vergi məcəlləsinə olan son dəyişikliklərdən sonra aksiz maraqlı bütün məhsullar bahalaşacaq.

"İlk öncə spirtli, energetik içkilər, tütün məhsulları, hətta elektron siqaretlərində qiymətində artım olacaq. Bu günə kimi elektron siqaret və onların mayeləri, energetik aksiz markasına daxil edilməmişdi. Amma dəyişikliklərə əsasən, onlar da artıq aksiz markasına daxil edilib. 2019- cu ilin büdcə gəlirlərdən də görürük ki, aksiz markalarından daxil olacaq gəlirlər 210 milyon manat artılıb. 210 milyon manat artım digər qida məhsullarının bahalaşmasına səbəb olacaq. Son rüsumlarla bağlı vergi məcəlləsinə edilən son dəyişikliklər məhsulların bahalaşmasına səbəb olacaq”. 
loading...

Xəbər lenti